Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Adil Qeybulla: “Maska ilə bağlı Səhiyyə Nazirliyi açıqlama verməlidir”

Tarix: 24-02-2020 15:52     Baxış: 3169 A- / A+
Adil Qeybulla: “Maska ilə bağlı Səhiyyə Nazirliyi açıqlama verməlidir”

Bakı apteklərində tibbi maskaların tapılmaması ilə bağlı Səhiyyə Nazirliyi açıqlama verməlidir.

Manevr.az bildirir ki, bunu qaynarinfo-ya açıqlamasında tibbi ekspert Adil Qeybulla Azərbaycanda apteklərdə tibbi maskaların tapılmaması ilə bağlı yayılan məlumatı şərh edərkən deyib. Onun sözlərinə görə, koronavirusdan qorunmağın yollarından biri tibbi maskaların taxılması və əllərin yuyulmasıdır:

"Azərbaycanda böyük dərman şirkətləri var. Dərman preparatları Azərbaycana həmin şirkətlər vasitəsi ilə gətirilir. Dərman Azərbaycanda monopoliyadadır.

Səhiyyə Nazirliyi məsələyə aydınlıq gətirməlidir. Cavab verməlidir ki, tibbi maskalar Azərbaycana hardan və necə gətirilir? Əslində dövlət özü bu tədbirləri görməlidir. Vətəndaş bu tədbirlərin faydasını özndə hiss etməlidir. İnfeksiya hava, damcı yolu ilə yayılır. Virusdan qorunmağın bir yolu maskaların taxılması və əllərin yuyulmasıdır”.

Qeyd edək ki, 3 gündür, Bakı apteklərində virus əleyhinə istifadə olunan tibbi maskalar tapılmır. Bəzi yerlərdə isə 10 qəpiyə satılan tibbi maskaların qiyməti bahalaşaraq 30-50 qəpik arasında olub və limitlə satılır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar