Sizin Reklam Burada
Xəbər lenti
17-04-2024
16-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qazaxıstanda Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş konfrans keçirilib

Tarix: 24-02-2020 13:25     Baxış: 3153 A- / A+
Qazaxıstanda Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş konfrans keçirilib

Qazaxıstanın paytaxtı Nur-Sultandakı Avrasiya Milli Universitetində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Belarus, Çin, Türkmənistan və Özbəkistandan tələbə və müəllimlərin iştirakı ilə “Bir də heç zaman: Aşarşılık, Xolokost, Komboca, Xocalı, Ruanda” adlı beynəlxalq konfrans keçirilib.

Manevr.az bildirir ki, Azərbaycanın Qazaxıstandakı Səfirliyindən bəşər tarixinin ən dəhşətli 5 soyqırımının bir arada anıldığı tədbirdə bir daha belə cinayətlərin təkrarlanmaması üçün həmrəylik nümayiş etdirilib.
Azərbaycanın Qazaxıstandakı Səfirliyinin təşkilatçılığı, Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Avrasiya Milli Universitetinin dəstəyi ilə baş tutan tədbirdə səfir Rəşad Məmmədov bildirib ki, heç kim bu cür hadisələrin yenidən təkrarlanmasından sığortalanmayıb və konfransın da başlıca məqsədi insanlığın üz qarası olan soyqırımlarla cəmiyyəti tanış etməklə, yenidən bu cür cinayətlərin törədilməsinin qarşısını almağa çalışmaq və insanları sülhə çağırmaqdır.

Diplomat qeyd edib ki, Ermənistan silahlı qüvvələri tərəfindən törədilən Xocalı soyqırımı, burada adları çəkilən digər genosid aktları kimi insanların qəlbində sağalmayan yara açıb.

Avrasiya Milli Universitetinin prorektoru Akbota Joldasbekova ötən əsrin 30-cu illərində məqsədyönlü şəkildə Qazaxıstanda və Orta Asiyada milyonlarla insanın aclıqdan tələf edilməsinə yönəldilmiş Aşarşılık qətliamını da yad etdiyi üçün Azərbaycan Səfirliyinə minnətdarlıq ifadə edib, Xocalı soyqırımının daha çox köməksiz qalan yaşlılar, qadın və uşaqları hədəf almasının çox ağrılı olduğunu vurğulayıb.

Digər iştirakçılar da Azərbaycanın soyqırımların xatırlanması, ədalətin bərpa olunması və sülhə çağırış təşəbbüsünü yüksək qiymətləndiriblər.

Çıxışlardan sonra tələbələrin Xocalı soyqırımına və Azərbaycan-Qazaxıstan münasibətlərinə dair sualları cavablandırılıb.

Sonda qazaxıstanlı müğənni Neyla Quliyevanın ifa etdiyi, musiqisi Azad Ospanov tərəfindən bəstələnən və Xocalı soyqırımına həsr olunan “Fevral ildırımı” adlı klip nümayiş olunub. \apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar