Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan İlahiyyat İnstitutunda Xocalı soyqırımı anılıb -ŞƏKİLLƏR

Tarix: 21-02-2020 11:16     Baxış: 3290 A- / A+
Azərbaycan İlahiyyat İnstitutunda Xocalı soyqırımı anılıb


Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Xocalı: milli tariximizin şəhidlik səhifəsi” mövzusunda tədbir keçirilib.


Əvvəlcə Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik ehtiram sükutu ilə anılıb.

Manevr.az xəbər verir ki, Aİİ rektoru Ceyhun Məmmədov mərasim iştirakçılarını salamlayaraq, gənclərdə vətənpərvərlik ruhunun aşılanması istiqamətində ali təhsil müəssisəsinin müxtəlif tədbirlər həyata keçirdiyini diqqətə çatdırıb.

İnstitut rəhbəri daha sonra bildirib ki, insanlığa qarşı öz vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi tarixə düşmüş Xocalı soyqırımının törədilməsindən iyirmi səkkiz il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağda erməni quldur birləşmələri keçmiş sovet ordusuna məxsus 366-cı alayın əsgər və zabitləri ilə birlikdə 7 min nəfərədək əhalisi olan Xocalı şəhərini yerlə-yeksan edib, dinc əhalini, xüsusilə uşaqları, qadınları, qocaları ağlasığmaz vəhşiliklə öldürüblər.
Azərbaycan İlahiyyat İnstitutunda Xocalı soyqırımı anılıb

C.Məmmədov Xocalı soyqırımının erməni millətçilərinin xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsindən olduğunu bildirərək, bu faciəni törədənlərin öz layiqli cəzalarını almaları üçün gənclərin üzərinə düşən vəzifələrdən danışıb.

Rektor həlak olmuş şəhid ailələrinin və əlil düşmüş insanların daim Azərbaycan Dövlətinin qayğı və diqqəti ilə əhatə olunduqlarını, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Aİİ-nin Dillər və ictimai fənlər kafedrasının müdiri dosent İlkin Əlimuradov çıxış edərək bildirib ki, hədəfimiz Xocalı soyqırımı həqiqətlərini bir daha dünya ictimaiyyətinə çatdırmaqdır. Qeyd edib ki, bu səpkili tədbirlər, anım mərasimləri Azərbaycan xalqının sıx birliyini, şəhidlərimizin xatirəsinə ehtiramını, ölkəmizin ərazi bütövlüyünün bərpası üçün əzmini nümayiş etdirir.

Aİİ-nin müəllimi fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səmədov “İslamda şəhidlik ” mövzusunda çıxış edib. İslam dinində şəhidlik məqamı, Vətən sevgisi və onu qorumağın vacibliyi haqqında söhbət açıb. O bildirib ki, Vətəni müdafiə etmək üçün düşmənə qarşı mübarizə apararaq şəhid olmaq bir müsəlmanın nail ola biləcəyi ən yüksək mənəvi mərtəbədir.

Daha sonra Aİİ-nin müəllimi tarix üzrə fəlsəfə doktoru Rəşad Mustafa “Xocalı faciəsinə tarixi baxış” mövzusunda çıxış edib. Bildirib ki, ötən əsrin 80-ci illərinin sonlarından məkrli erməni cəlladları tarixi tоrpaqlarımız hesabına “Böyük Ermənistan” yaratmaq məqsədilə zaman-zaman azərbaycanlılara qarşı qanlı cinayətlər törətmiş, sоydaşlarımızı qətlə yetirmiş, repressiya və deportasiyaya məruz qoymuşlar. Ermənilər etnik təmizləmə apararaq, ərazilərimizin bir hissəsini işğal etmişlər. Nəticədə xalqımız dəfələrlə ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır.

R.Mustafa Azərbaycan xalqına qarşı işğalçılıq və soyqırımı siyasətinin davamı olan Xocalı faciəsinin tarixi faktlarını xatırladıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni cəlladlarının Xocalıya hücumu zamanı azərbaycanlılar xüsusi qəddarlıqla qətlə yetirilib. Qətlə yetirilənlər arasında yaşlı, qadın və uşaqlar da olub. Mülki əhali itkin düşüb, əsir götürülüb, ailələr məhv edilib.

Tədbirdə XX əsrin facisəi olan Xocalı soyqırımından bəhs edən film nümayiş olunub.

Manevr.az
Azərbaycan İlahiyyat İnstitutunda Xocalı soyqırımı anılıb
Azərbaycan İlahiyyat İnstitutunda Xocalı soyqırımı anılıb
Azərbaycan İlahiyyat İnstitutunda Xocalı soyqırımı anılıb
Azərbaycan İlahiyyat İnstitutunda Xocalı soyqırımı anılıb
Azərbaycan İlahiyyat İnstitutunda Xocalı soyqırımı anılıb
Azərbaycan İlahiyyat İnstitutunda Xocalı soyqırımı anılıb

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar