Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan dəmir yollarında yenilik: 12 stansiyada dəyişikliklər - ŞƏKİLLƏR

Tarix: 20-02-2020 14:59     Baxış: 3254 A- / A+
Azərbaycan dəmir yollarında yenilik: 12 stansiyada dəyişikliklər - ŞƏKİLLƏR


"Azərbaycan Dəmir yolları” QSC-də hərəkətin tənzimlənməsində yeni Mikro Prossesor Mərkəzləşməsi sistemi tətbiq edilib.

Manevr.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları” QSC-nin hərəkət xidmətinin rəisi Elçin Məmmədov baku.ws-ə bildirib.

Azərbaycan dəmir yollarında yenilik: 12 stansiyada dəyişikliklər - ŞƏKİLLƏR


Onun sözlərinə görə, Mikro Prossesor Mərkəzləşməsi (MPM) qatarların hərəkətini avtomatik tənzimləyir, vaxta qənaət edir, dəqiq və operativdir, eləcə də səhvə yol vermir.

"Bizim xarici filmlərdə gördüyümüz kimi qatarlar kompüterlər vasitəsilə idarə olunur. Yollar, yol dəyişənlər, işıqforlar və s. bir sistemlə idarə edilir. Hazırda Azərbaycan dəmir yollarında həmin sistem tətbiq edilir.

Azərbaycan dəmir yollarında yenilik: 12 stansiyada dəyişikliklər - ŞƏKİLLƏR


Bu sistem Böyük Kəsik, Soyuq Bulaq, Salahlı, Poylu-baş, Ağstafa, Tatlı, Tovuz, Qovlar, Zəyəm, Dəllər, Şəmkir, Alabaşlı, Gəncə stansiyalarında və bu stansiyalar arasındakı 12 mənzildə tətbiq edilir.

Hazırkı vaxtadək "Azərbaycan Dəmir Yolları” QSC-nin stansiyalarında, postlarında, məntəqələrində və mənzillərdə qatarların hərəkəti və manevr işləri rele sistemləri vasitəsilə idarə olunurdu.

Bu stansiyalarda, postlarda, məntəqələrdə və mənzillərdə fəaliyyət göstərən idarəetmə tabloları, Siqnalizasiya Mərkəzləşmə və Bloklama (SMB) qurğuları həm müasir tələblərə, həm də texniki tələblərə cavab vermirdi”, - deyə Elçin Məmmədov bildirib.

Onun sözlərinə görə, əcnəbi və yerli mütəxəssislərin iştirakı ilə hazırlanan və tətbiq edilən Mikro Prossesor Mərkəzləşməsi sistemi bir çox üstünlüklərə malikdir:

Azərbaycan dəmir yollarında yenilik: 12 stansiyada dəyişikliklər - ŞƏKİLLƏR


- Texniki qurğular 60 faiz az yer tutur.

- Mərkəzdən kənarda yerləşən texniki avadanlıqlar 35 faiz azalır.

- Stansiyalararası mənzillərdəki avadanlıqlar ləğv olunur.

- Elektrik enerjisinə 15-18 faiz qənaət edilir.

- Əl əməyi tam avtomatlaşdırılır.

- Baş verə biləcək nöqsanlar əvvəlcədən müəyyənləşdirilir və bu haqda aidiyyəti üzrə məlumat verilir.

- Qatarların hərəkəti və manevr işləri Dispetçer Mərkəzindən idarə oluna bilir.

- İdarəetmə kompüter monitorları vasitəsilə həyata keçirilir.

Azərbaycan dəmir yollarında yenilik: 12 stansiyada dəyişikliklər - ŞƏKİLLƏR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar