Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Yoxsa bu da köçkünlərin alın yazısıdır?.." – Afətdən sərt açıqlama

Tarix: 19-02-2020 14:44     Baxış: 3149 A- / A+
"Yoxsa bu da köçkünlərin alın yazısıdır?.." – Afətdən sərt açıqlama

"Bu suallara cavab tapmaq istəyən 54 min seçici var. Zəngilan-Qubadlı camaatının 25 ildən artıqdır ki, deputatı olmuş İmamverdi İsmayılov hansı üstünlüyünə görə bu dəfə də deputat olmalıdır?".

Manevr.az xəbər verir ki, bu fikirləri 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Afət Telmanqızı bildirib.

125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən İmamverdi İsmayılov qalib elan edilib. O, birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatıdır. İmamverdi İsmayılovun qələbəsi Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənəcəyi təqdirdə 6-cı dəfə deputat mandatına sahib olacaq.

Afət Telmanqızı isə hesab edir ki, onun yenidən Milli Məclisdə 54 min seçicini təmsil etməyə haqqı yoxdur.

"Seçici onu sevir? Yox. Seçici ona inanır? Yox. 25 ildə bir dəfə də olsun məcburi köçkün seçicisi ilə maraqlanıb? Yox. Onun sözünü deyib? Yox. Parlamentdə onun səsini eşidən olub? Yox. Hansısa təklifini eşidən olub? Yox. Fəal deputatdır? Yox. Dövlətçilik üçün fəaliyyəti olub? Yox. (Əksinə 54 min seçiçini narazı salıb. Sadəcə biznesini genişləndirib) Cavandır? O da yox. Bəlkə YAP-çı olduğu üçün? O da yox. YAP-ın o qədər istedadlı, dövlətçilik mənafeyini qoruyan gəncləri var ki. Uzun illər məni bu sual da düşündürdü.

Axı niyə bizdə Vahid Əhmədov, Qənirə Paşayeva, Zahid Oruc, Fazil Mustafa kimi deputat olmadı? Torpağına həsrət qalmış Zəngilan- Qubadlı camaatı onun səsi olan deputata da 25 ildir həsrət qaldı. Yoxsa, bu da köçkünlərin alın yazısıdır? Bu yazını pozmaq isə o qədər çətin deyil", - deyə o vurğulayıb.

Afət Telmanqızı 9 fevral seçkilərində namizəd olduğu 125 saylı Zəngilan-Qubadlı seçki dairəsində baş verən qanun pozuntuları barədə sosial şəbəkələrdə paylaşımlar etdiyi əməkdaşı olduğu Real TV ilə yollarını ayırmaq məcburiyyətində qalıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar