Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Afrikanın bakılı olan ən zəngin qadınının bank hesablarına həbs qoyulub

Tarix: 12-02-2020 21:57     Baxış: 4241 A- / A+
Afrikanın bakılı olan ən zəngin qadınının bank hesablarına həbs qoyulub


Portuqaliya prokurorları Anqolanın keçmiş prezidentinin qızı, Afrikanın bakılı olan ən varlı qadını İzabel dos Santosun bank hesablarını dondurub.

Bu barədə “Reuters” xəbər yayıb.

Qərar Portuqaliya və Anqola hakimiyyət orqanlarının birgə işi əsasında qəbul edilib.

Beynəlxalq Təhqiqatçı Jurnalistlər Konsorsiumunun araşdırmalarının nəticələrinə görə, İzabella Dos Santos və onun əri, iş adamı Sindika Dokolo qiymətli dövlət əmlaklarını satın alıblar, neft və almazlarla zəngin olan ölkəni dünyanın ən yoxsul ölkələrindən birinə çeviriblər.

Ümumilikdə Anqolanın xəzinəsi 1,6 milyard dollar itirib.

Atası 1979-cu ildən 2017-ci ilə qədər ölkədə hakimiyyətdə olduğu müddətdə İzabella əri ilə birlikdə 41 əyalətdə 400-dən çox şirkətin biznes-imperatorluğunu qurub.

Qeyd edək ki, İzabellanın atası Eduardo Dos Santos 70-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alıb və burada bakılı Tatyana Kukanova ilə evlənib. Həmin evlilikdən Bakıda qızı İzabella dünyaya gəlib.

Sonradan o, ölkəsinə qayıdıb və prezident olub, on illər boyu Anqolanı idarə edib. Onun qızı isə bizneslə məşğul olmağa başlayıb və sürətlə varlanaraq Afrikanın ən zəngin qadınına çevrilib./oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar