Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ağsuda seçki saxtakarlıqla başladı: DSK sədri qutudan Tahir Kərimli çıxartmağa çalışır-ŞƏKİLLƏR/VİDEO

Tarix: 09-02-2020 11:37     Baxış: 4302 A- / A+
Ağsuda seçki saxtakarlıqla başladı: DSK sədri qutudan Tahir Kərimli çıxartmağa çalışır-ŞƏKİLLƏR/VİDEO

Bu gün Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilir. 8:00-da səsvermə prosessi start götürüb. İlk dəqiqələrdən 87 saylı Ağsu- İsmayıllı seçki dairəsində ciddi qanun pozuntuları start götürüb. Ağsu şəhərində işıqlar söndürülüb.

Manevr.az bizimxeber.az-a istinadən qanun pozuntuları ilə bağlı məlumatı təqdim edir:

08:25


49 saylı Məntəqə – Qəşəd kəndi – Məntəqə sədri Cəlil Abdullayev. Bu məntəqədə bülletenlər topa möhürlənib. Bu qanunların kobud şəkildə pozulmasıdır. Həmçinin bu kəndin icra nümayəndəsi Tahir Beydullayev seçkiyə müdaxilə edir, məntəqədə səsverməyə ciddi problemlər yaradır.

***
Ərəbmehdibəy kəndi – 37 saylı Məntəqə sədri Qurbanov Müseyib İslam – Bu məntəqədə bülletenlər topa ilə kəsilib. Bu qanunların kobud şəkildə pozulmasıdır.

***
Baş verənlərlə bağlı 87 saylı Ağsu-İsmayıllı seçki dairəsinin sədri Azad Dursunəliyevlə məlumat verilsə də heç bir ciddi tədbir görmür…

***
Kalva kəndi – 52 saylı Məntəqə bulletenlər topa ilə kəsilir…. Həmçinin bu məntəqədə 15 nəfər səsverməyə gəlsə də artıq qutuda 50-dən artıq bülleten var – Məntəqə sədri – Məmmədov Xəqani Babacan
Ağsuda seçki saxtakarlıqla başladı: DSK sədri qutudan Tahir Kərimli çıxartmağa çalışır-ŞƏKİLLƏR/VİDEO



09:30

Kalva, Ərəbmehdibəy kəndi, Qəşəd kəndlərində seçki saxtalaşdırması yükək peşəkarlıqla davam edir. Kənd icra nümayəndələri normal səsverməyə imkan vermir. Bu saxtalaşdırmanın başında 87 saylı Ağsu- İsmayıllı seçki dairəsinin sədri nəzarət edir.

09:46

60 saylı məntəqə – Məntəqə sədri – Babayev Asfar Nağı oğlu – Bu məntəqədə də bülletenlər topa ilə kəsilib…
Ağsuda seçki saxtakarlıqla başladı: DSK sədri qutudan Tahir Kərimli çıxartmağa çalışır-ŞƏKİLLƏR/VİDEO

***
Gəyli kəndi – 54 saylı – Bülletenlər topnan kəsilib. – Məntəqə sədri – Qənbərov Əmircan Əmiralı oğlu. Bu məntəqədə bülletenlər topa ilə qutuya atılıb….

***
Qubaxəlilli -57 saylı məntəqə – Məntəqə sədri – Mustafayev Ramiz Knyaz oğlu. Bu məntəqədə bələdiyyə işçisi Mirzəxanov Mirzaga və icra nümayəndəki Cəlalov Yaşar səsverməyə ciddi problemlər yaradır. Bu şəxslər müşahidəçilərə ciddi problemlər yaradırlar.

***
4 saylı Məntəqədə Ağsu Su İdarəsinin Səfər adlı müdiri məntəqədə dayanıb işçilərinə hədə-qorxu gəlib Tahir Kərimliyə səs vermələrini tələb edir.

*Qeyd edək ki, gün ərzində yenilənən məlumatlarla BURADAN tanış ola bilərsiz.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar