Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bu gün Azərbaycanda növbədənkənar parlament seçkiləridir

Tarix: 09-02-2020 09:12     Baxış: 4170 A- / A+
Bu gün Azərbaycanda növbədənkənar parlament seçkiləridir


Bu gün Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.

Manevr.az-ın məlumatına görə, parlament seçkiləri 125 dairəni, ümumilikdə 5573 seçki məntəqəsi əhatə edəcək.

Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib, onlardan 1637 nəfərin namizədliyi qeydə alınıb. Deputatlığa namizədliyi qeydə alınanlardan 321 nəfər namizədliyini geri götürüb, MSK iki nəfərin deputatlığa namizədliyini ləğv edib.

Milli Məclisdə 125 deputat mandatı uğrunda 1314 namizəd mübarizə aparacaq. Deputatlığa namizədlərin 79 faizi kişi, 21 faizi qadındır. Seçkilərdə 19 siyasi partiyanın nümayəndələri namizəd kimi qeydə alınıb.

Ümumilikdə 1000 məntəqədə (bütün məntəqələrin 18%-i) veb-kameralar quraşdırılıb.

Seçkidə 5 milyon 329 min 460 seçici səsvermə hüququndan istifadə edəcək.

Seçki üçün 5 387 600 bülleten çap edilib.

Parlament seçkilərini izləmək üçün 77790 yerli, 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar