Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Parisdə küçədə yatan 21 azərbaycanlı tapılıb

Tarix: 31-01-2020 11:02     Baxış: 3171 A- / A+
Parisdə küçədə yatan 21 azərbaycanlı tapılıb


Küçədə yaşayanlar idman zalları və yataqxanalara yerləşdirilib

Fransanın paytaxtı Parisdə küçədə yaşayan 1400 nəfər idman zalları və yataqxanalara yerləşdirilib. Həmin şəxslərin arasında Azərbaycan vətəndaşları da var.

Belə ki, Parisin şimal-şərqində yerləşən “Aubervilliers” məhəllləsində yol kənarlarında gecələyən və qanunsuz yollarla ölkəyə gələn miqrantlar polisin keçirdiyi genişmiqyaslı əməliyyatla saxlanılaraq idman zalları və yataqxanalara yerləşdiriliblər. Onların arasında miqrasiya polisinə kimliklərini təsdiq edən hər hansı bir sənəd verməyən və əksəriyyəti gizli olaraq Almaniya, Niderland və Belçikadan qaçaraq Fransaya gələn 21 Azərbaycan vətəndaşı da olub.

Fransa polisi “Təhlükəsiz ölkə” kateqoriyasına aid ölkə vətəndaşlarının kimlikləri barədə düzgün məlumat almaq üçün səfirliklərə müraciət edib.

Qeyd edək ki, hazırda Fransada ölkəyə qanunsuz yollarla gələn şəxslərin sürətli deportasiyası üçün xüsusi mərkəzlərin inşası müzakirə edilir. Həmin mərkəzlərin hava limanları yaxınlığında inşa edilməsi gözlənilir. /report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar