Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

İqbal Ağazadənin Şıxlinski sakinləri ilə növbəti görüşü oldu -ŞƏKİLLƏR

Tarix: 29-01-2020 22:35     Baxış: 2271 A- / A+
İqbal Ağazadənin Şıxlinski sakinləri ilə növbəti görüşü oldu

Deputatlığa namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadə Şıxlinski küçəsinin sakinləri ilə görüşüb. Bu görüşdə də izdiham yaranıb.

Çıxış edən deputatlığa namizəd Şıxlinski küçəsinin problemlərindən və ölkə üzrə bəzi məsələlərdən danışıb. O, bildirib ki, bizim təhsil, səhiyyə və sosial vəziyyətimizdə ciddi islahatlar aparılmalıdır: "Hər bir vətəndaş ildə iki dəfə dövlət hesabına tibbi müayinə olunmalıdır. Abituriyentlər həm magistr, həm də bakalavr təhsilini ödənişsiz almalıdır. Əgər kimsə ikinci dəfə bakalavr oxumaq, ixtisasını dəyişmək istəyirsə, o zaman buyurub ödənişli əsaslarla təhsil ala bilər. Biz Milli Məclisdə olduğumuz müddətdə də bu kimi məsələlərə toxunmuşuq. Əgər yenə də etimad göstərsəniz, mən bu məsələləri hökümət qarşısında qaldıracağam".

İ. Ağazadə bəzi müəllimlərə də müraciət edib: "Lütfən xalqın səsinə əl uzatmayın. Sizə nələrsə təklif edə bilərlər, saatlarınızın sayını azaltmaqla, işdən çıxarmaqla hədələyə bilərlər. Sizlər bu oyunlara getməməlisiniz. Sizin iki saat dərsiniz artacaq deyə bu insanların gələcəyini oğurlamayan, seçkidə saxtakarlıq etməyin".
İqbal Ağazadənin Şıxlinski sakinləri ilə növbəti görüşü oldu

İ. Ağazadə onu da qeyd edib ki, bu gün hətta süpürgəçiləri belə hədələyirlər: "Mənim əziz süpürgəçi anam, sənin süpürgəni əlindən almaqla qorxudurlar. Onlara inanmayın. Onlar o süpürgəni aparıb öz əzizlərinə verən deyillər, yenə də sizə möhtac olacaqlar".

Sonda seçicilər çıxış edərək bildiriblər ki, onlar hamılıqla seçkidə iştirak edəcək və məhz İ.Ağazadəyə səs verəcəklər.

Manevr.az

İqbal Ağazadənin Şıxlinski sakinləri ilə növbəti görüşü oldu
İqbal Ağazadənin Şıxlinski sakinləri ilə növbəti görüşü oldu

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar