Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

80 yaşlı nənənin 27 illik əzabı

Tarix: 29-01-2020 12:06     Baxış: 3166 A- / A+
80 yaşlı nənənin 27 illik əzabı


Zahirə Ağayeva Qubadlıdan məcburi köçkündür. 80 yaşlı ananın və ailəsinin yaşayış şəraiti dözülməzdir. Zahirə ana düz 27 ildir Sumqayıt şəhərindəki 1 Saylı Peşə Liseyində məskunlaşıblar.

Məcburi köçkün Zahirə Ağayevanın sözlərinə görə, peşə liseyi də hazırda tam fəaliyyətdədir: “Düz 26 ildir burada yaşayırıq. Amma bu yaşamaq deyil, bala. Hər tərəfi “fanerka” ilə düzəltmişik. Bir otaqdır. İşığımız var. Amma düz 26 ildir bu binada qaz yoxdur. Evi elektrik sobası ilə isidirik”.

Gəlini və nəvələri ilə birgə bir otaqda yaşayan 80 yaşlı ana deyir ki, qışda elektrik naqillərindəki nasazlıqdan yaranan təhlükədən, yayda isə susuzluqdan əziyyət çəkirlər: “Mən yaşlı adamam, özüm müraciət etməsəm də, ailə üzvlərim dəfələrlə müraciət ediblər. Amma hələ ki nəticə yoxdur”.

Kamal Mehdiyev də peşə liseyində məskunlaşan Qubadlı sakinidir: “Vəziyyətimiz, gördüyünüz kimi, çox acınacaqlıdır. Hər iki İcra Hakimiyyətinin diqqətinə problemlərimiz olduğunu çatdırmışıq. Hər il eşidirik ki, bizi köçürəcəklər. Əfsuslar olsun ki, verilən vədlər söz üzərində də qalır. Bina təhsil yönümlüdür. Burada qaz yoxdur. İşığın ümidinə qalırıq”.

Kamal Mehdiyev deyir ki, tək özləri deyil, həm də sözügedən binada fəaliyyətdə olan tələbələr də yaşanan problemdən əziyyət çəkirlər: “Peşə liseyi fəaliyyətdədir. Burda tələbələr də var. Bu isə yaşayışı ağırlaşdırır. Ən balaca otaqda məskunlaşan ailə mənim ailəmdir. İndi özünüz də görəcəksiniz, 3 nəfər bir otaqda necə yaşayırıq. Nəfəs almaq olmur, qızım”.

Bəhlul dayı da Qubadlıdan məcburi köçkündür. 1992-ci ildə 5 gün ermənilərin mühasirəsində qalıb: “Qızım, 27 ilə keçib bizim burda qalmağımız. Hələ bir adam bizim qapımızı döyüb “neyniyirsiz, necə yaşayırsız?” soruşmayıb. Tələbənin, müəllimin ayağının altında qalmışıq. Keçirlər burdan, yeməyə də kağız atırlar, çaya da. Bir otaqda 6 nəfər yaşayırıq. 3 oğlum və onun ailəsi ilə birlikdə”.

Sumqayıt şəhərindəki 1 Saylı Peşə Liseyi Qubadlı rayon İcra Hakimiyyəti ilə qonşuluqda yerləşir. Elə buna görə də sakinlərin dilə gətirdikləri problemlərlə bağlı üz tutduq Qubadlı Rayon İcra Hakimiyyətinə.

Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev Sumqayıtda 14 min məcburi köçkün ailəsinin məskunlaşdığını dedi. Onun sözlərinə görə, 2019-cu ildə 2200 ailə evlə təmin olunub. Sumqayıtda 12-ci mikrorayon ərazisində 1000 məcburi köçkün ailəsinin həyat şəraiti yaxşılaşdırılıb.

1 saylı Peşə Liseyində müxtəlif rayonlardan məskunlaşan məcburi köçkünlərlə mütəmadi olaraq görüşdüklərini dilə gətirən Allahverdi Haqverdiyev bildirdi ki, binanın dam örtüyü dəyişdirilib, sanitar qovşağı təmir olunub, eləcə də elektrik naqilləri İcra Hakimiyyətinin dəstəyi ilə yenilənib. Bundan əlavə, Sumqayıt Sukanal İdarəsi və Qubadlı Rayon İcra Hakimiyyəti tərəfindən binanın su xətləri təmir olunub: “Sözügedən binada 61 ailə - 217 nəfər məskunlaşıb. Bunlardan 38 nəfəri Qubadlıdan, digərləri isə başqa rayonlardandır. Bu bina yataqxanadır. 1993-cü ildən məcburi köçkünlər həmin binada məskunlaşıb. Şəraitdən də xəbərimiz var. Məcburi köçkünlərin siyahısı tam çıxarılıb, Qaçqın və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi və Sumqayıt Şəhər İcra Hakimiyyətinin xətti ilə siyahı təsdiqlənib. Həmin məcburi köçkünlər yaxın zamanlarda Stansiya Sumqayıt ərazisində hazırda inşa olunan şəhərciyə köçürüləcəklər”.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Eyvaz Qocayev isə bildirdi ki, Sumqayıt şəhərində qaçqın və məcburi köçkün ailələri üçün yeni yaşayış kompleksləri salınır. İlkin mərhələdə uşaq bağçaları, məktəblər, peşə liseyləri, eləcə də yataqxanalarda olan 2000 yaxın ailə yeni yaşayış komplekslərinə köçürülüb. Hazırda bu işlər davam etdirilir. Sumqayıt Şəhər İcra Hakimiyyəti və digər əlaqədar qurumlar tərəfindən 1 saylı Peşə Liseyində məskunlaşan məcburi köçkünlərin köçürülməsi də mərhələli şəkildə ilin sonuna kimi başa çatdırılacaq.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar