Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakı polisindən azyaşlının uşaq evində döyülməsi iddialarına MÜNASİBƏT

Tarix: 18-01-2020 16:33     Baxış: 3139 A- / A+
Bakı polisindən azyaşlının uşaq evində döyülməsi iddialarına MÜNASİBƏT

Suraxanı rayonunda yerləşən 2 saylı uşaq evinin rəhbərliyi tərəfindən daxil olan çoxsaylı müraciətlər əsasında 2004-cü il təvəllüdlü Mirəli Quliyev barəsində Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində müvafiq araşdırmalar aparılıb.

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, azyaşlının uşaq evinin inventar avadanlıqlarını sıradan çıxarması, digər sakinlərə qarşı kobudluq, fiziki təzyiq etməsi və digər xoşagəlməz əməlləri ilə bağlı xüsusatlar istintaqla yoxlanılıb.

Azyaşlının cinayət subyekti olmadığı nəzərə alınaraq onun barəsində toplanan materiallar Suraxanı RPİ-nin yetkinlik yaşına çatmayanlarla iş üzrə bölməsinə göndərilib. Hazırda azyaşlının qanunvericiliyə uyğun olaraq, profilaktikası çərçivəsində maarifləndirilməsi və tərbiyəvi söhbətlərin aparılması tədbirləri diqqət mərkəzində saxlanılmaqla müvafiq işlər tərəfimizdən davam etdirilir.

Azyaşlının anası Ə.Quliyevanın 2 saylı uşaq evində övladının fiziki, psixoloji təsirlərə məruz qalması ilə bağlı iddiaları əsassızdır.oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar