Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Deputatlığa namizədləri onların seçiciləri dəstəkləməlidir"

Tarix: 17-12-2019 18:58     Baxış: 3149 A- / A+
"Deputatlığa namizədləri onların seçiciləri dəstəkləməlidir"

"Rüşvətlə, tapşırıqla mandat qazansanız, əvvəlkilərdən heç bir fərqiniz olmayacaq..."

"Son günlər 5-6 nəfər adam dayanmadan mənə zəng edir ki, bizi dəstəkləyin, bizə Milli Məclisə seçkilərdə kömək olun və s. Əzizlərim, nə qədər demək olar ki, məni bu siyasətə, siyasi oyunlara qatmayın. Sizə dəstək də, sizə kömək də məndən yox, xalqdan, seçicilərdən gəlməlidir. Siz yenə də rüşvətlə, pulla, tapşırıqla deputatlıq mandatı qazansanız, sizin əvvəlkilərdən heç bir fərqiniz olmayacaq".

Manevr.az xəbər verir ki, bunu"Palmali" Şirkətinin sahibi Mübariz Mənsimov sosial şəbəkə hesabından paylaşıb.

O, deyib ki, "millətin vəkili özünün yox, ilk növbədə və hər şeydən əvvəl, millətin gələcəyini düşünməlidir. Bunu birdəfəlik beyinlərinizə həkk edin. Şəxsi gələcəyini, öz ailəsinin firavanlığını seçicilərinin sosial-iqtisadi durumundan üstün tutan deputatlar yenə də xalqının, millətinin düşməni olacaqlar.

Bunu çəkinmədən, açıq şəkildə bəyan edirəm. Deputatlığa namizədliyini irəli sürmək hələ o demək deyil ki, sizin qarşınızda dayanan vəzifələri, problemləri layiqli şəkildə həll edə biləcəksiniz. Buna hər şeydən əvvəl, mənən hazır olmalısınız, çünki təcrübə göstərir ki, “millət vəkili” mandatı alanlar sırasında yaltaqlıq və məddahlıq edərək boğazlarına qədər rüşvət və korrupsiya cinayətlərinin içində boğulanlar var. Belələri seçicilərin onlara verdikləri, bəziləri isə pulla aldıqları səlahiyyətlərdən sui-istifadə edərək özlərindən başqa heç kimi fikirləşməyiblər və bu, indi də belədir.

Ona görə tövsiyəm odur ki, sələflərinizə heç bənzəməyin: nə seçicilərinizlə davranışınızda, nə də onların ac-gözlüyündə. Gözəl, savadlı, bacarıqlı, zəhmətkeş xalqım 2020-cu il fevralın 9-da tamamilə fərqli Milli Məclis formalaşdıra bilər. Bu xalqımın, millətimin, mənim hüququmdur. Əlbəttə, mən də qeydiyyatda olduğum, “vosmoy” kimi tanınan 8-ci kilometr ərazisində deputatlığa namizədliyini irəli sürən şəxslərlə bağlı öz seçimimi edəcəm. 9 fevral seçkilərinə dəstəyim yalnız və yalnız bundan ibarət olacaq. Başqa dairələrdən namizədləri onların seçiciləri dəstəkləməlidir. Bir sözlə, məndən “başqa” dəstək gözləyənlərə bir daha bildirmək istəyirəm ki, seçkilər pulla həyata keçirilən bir iş deyil. Əgər belə düşünürsünüzsə, xalqı, seçiciləri aldatmayın. Kənara çəkilin ki, təmiz, saf, milləti üçün böyük işlər görə biləcək insanlar irəli dura bilsinlər. Böyük Azərbaycan xalqı En gözel yaşamağa layiqdir".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar