Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Ombudsman türk səfiri qəbul etdi

Tarix: 13-12-2019 14:57     Baxış: 4239 A- / A+
Ombudsman türk səfiri qəbul etdi


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı qəbul edib.

Ombudsman Aparatından verilən məlumata görə, qonağı salamlayan Ombudsman Azərbaycan ilə Türkiyə arasında münasibətlərin dostluq və qardaşlığa əsaslandığını deyib. O bildirib ki, ölkələrimiz arasında ən yüksək səviyyədə olan strateji tərəfdaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Ombudsman Azərbaycan ilə Türkiyənin beynəlxalq miqyasda daim bir-birini dəstəklədiyini qeyd edib.

Ombudsman Azərbaycanın ərazisinin 20 faizinin Ermənistanın işğalı altında olduğunu, bu təcavüz nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkün soydaşımızın hüquqlarının kütləvi şəkildə pozulduğunu diqqətə çatdırıb. Ermənistanın ölkəmizə qarşı davam edən hərbi təcavüzünə toxunan Səbinə Əliyeva Azərbaycanın haqq işinin dəstəklənməsində qardaş ölkənin göstərdiyi xüsusi dəstəyin təqdirəlayiq olduğunu deyib.

Görüşdə həmçinin Ombudsman təsisatının çoxşaxəli fəaliyyəti haqqında məlumat verilib. Təsisatın Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarının, Asiya Ombudsmanlar Assosiasiyasının, İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının üzvü olduğu, habelə Türkdilli ölkələrin Ombudsmanları Şəbəkəsinin yaradılması istiqamətində işlərin həyata keçirildiyi diqqətə çatdırılıb.

Səbinə Əliyeva qardaş ölkə ilə insan hüquqları sahəsində əlaqələrin daha da gücləndirilməsinin, bu baxımdan hər iki ölkənin Ombudsman təsisatları arasında daha sıx əməkdaşlığının inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Səfir Erkan Özoral Ombudsmana səmimi qəbul üçün təşəkkürünü bildirib. O, Azərbaycanda Ombudsman təsisatının fəaliyyətinin yüksək qiymətləndirdiyini deyib.

İki ölkə arasında münasibətlərin nümunəvi xarakter daşıdığını deyən E.Özoral Dağlıq Qarabağ münaqişəsinin həlli - Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsində Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb. E.Özoral Azərbaycan və Türkiyənin Ombudsman institutları arasında sıx əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin və təsisatların beynəlxalq səviyyədə fəaliyyətlərinin əlaqələndirilməsinin vacibliyindən danışıb.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar