Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

İqlim dəyişikliyi qırmızı almanın axırına çıxa bilər

Tarix: 07-12-2019 10:02     Baxış: 3253 A- / A+
İqlim dəyişikliyi qırmızı almanın axırına çıxa bilər


İnsanlar qırmızı almanı sevirlər. Marketdə yaşıl, sarı, ikirəngli alma satılsa da, cizgi filmində, əlifba kitabında gördüyümüz almalar qırmızıdır. Ancaq, sən demə, alma tarixən heç də qırmızı olmayıb.

Araşdırmalara görə, müasir almanın əcdadı bugünkü Qazaxıstan, Çinlə sərhədi təşkil edən Tyan-Şan dağlarının qərb ətəklərində bitən yabanı almadır. Bu ərazidə bu gün də yabanı alma bitir. Ağacdan yerə düşən meyvələrin ətri ətrafa yayılır, meşədə dolaşan ayıların qarnını doyurur. Amma yabanı alma populyasiyası son 50 ildə 90% azalıb və onun gələcəyi sual altındadır. Səbəbsə insanın əraziyə müdaxiləsidir.

Bu ağacların meyvələrinin rəngi açıq sarıdan albalı qırmızısına qədər dəyişir. Qırmızıya isə o qədər dəçox rast gəlinmir.

Alimlər aşkar ediblər ki, almanın rəngi konkret bir gen qrupunun dominantlığından asılıdır. Yeni Zelandiyada fəaliyyət göstərən «Plant and Food Research» elmi şirkətinin genetiki David Çagne deyib ki, bir qrup enzim bir qrup molekulu antosianin piqmentinəçevirir. Eyni piqment qrupuna qırmızışirin kartofda, üzümdə və gavalıda da rast gəlirik: «Bu enzimlərin səviyyəsinə MYB10 adlı transkripsiya faktoru cavabdehdir. Meyvənin qabığında nə qədər çox MYB10 olsa, bir o qədər qırmızı olur. Hətta bir araşdırmanın nəticələrinə görə, üzərində qırmızı zolaqlar olan almanın zolaqlı hissəsində MYB10-un səviyyəsi daha yüksəkdir».Maraqlıdır ki, rəng həm də temperaturdan asılıdır. Çagne deyir ki, tamamilə qırmızı alma əldə etmək üçün temperatur sərin olmalıdır. Onun sözlərinə görə, temperatur +40ºC-ni keçəndə MYB10 və antosianinin səviyyəsi aşağı düşür. Çagne və həmkarlarıİspaniyanın Pireney bölgəsində adətən qırmızı zolaqlı alma sortunun çox isti keçən iyul ayından sonra solğun rəng aldığını müşahidə ediblər.

Men ştatının Palermo şəhərciyində yaşayan alma kolleksiyaçısı Con Bunker çox sayda unudulmuş alma sortunu yoxa çıxmaqdan xilas edib. Onların arasında yüz il əvvələ qədər yetişdirilən maraqlı sortlar da var. Onlardan biri də Qara Oksford (Black Oxford) sortudur. Bu almanın qabığı o qədər tünd qırmızıdır ki, kənardan onu nəhəng gavalıya oxşatmaq olar. İçi isə ağappaqdır.

Əvvəllər insanlar almanı rənginə yox, dadına görə yetişdirirmiş. Alma sortunun daha çox nəyə yaradığına, yerli əhalinin tələbatına baxılırmış. Bəzi sortlar süfrə üçün, bəziləri sidr şərabı, digərləri piroq, sous və mürəbbə bişirmək üçün yaxşı sayılırmış.

Hərçənd, bu, istehsalçıların hələ kiçik olduğu yüz il əvvələ qədər belə imiş. O zaman alma bağlarıçox böyük olmadığından fermerlər müxtəlif sortlar yetişdirməyəçalışırdılar. Bunkerin sözlərinə görə, alma bağları minlərlə mil uzunluqda olanda «rəng brendinqəçevrilir». Bundan başqa, almalar yetişməmiş yığılır ki, uzaq məsafəyə göndəriləndə yolda çürüməsin.

Amma insanlar almanın yetişib-yetişmədiyini rəngindən bilirlər. Kal dərilmiş almanın rəngi isə qənaətbəxş deyildi. Mutasiyaya məruz qalmış alma isə yetişməzdən əvvəl də gözəl qırmızı rəngdə olur. Beləcə, 1921-ci ildə həmin mutasiya olunmuş alma istehsalçıların ixtiyarına verilir. Bu gün bütün dünya onu Red Delişes (Red Delicious) sortu kimi tanıyır.

Müxtəlif, orijinal alma sortlarının qorunub saxlanmasına ümid qalmaqdadır. Di gəl, mütəxəssislər bu döyüşün asan olmayacağını deyirlər.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar