Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın Macarıstandakı səfiri keçmiş naziri oğurluqda günahlandırdı

Tarix: 05-12-2019 11:52     Baxış: 41 233 A- / A+
Azərbaycanın Macarıstandakı səfiri keçmiş naziri oğurluqda günahlandırdı


Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev keçmiş Rabitə naziri Nadir Əhmədovu oğurluqda günahlandırıb.

Səfir bu barədə “Facebook” hesabında yazıb.

V.Quliyev bildirib ki, müəllifi olduğu məqalə internetdə Nadir Əhmədovun yazısı kimi təqdim olunur:


“Deyəsən, son illərdə əli maddi çax-çuxdan çıxan keçmiş həmkarım, əski ulaşdırma bakanımız Nadir müəllim Əhmədov ixtiyar yaşında intellektual çapovulçuluğa girişib.

Mənim 2008-ci ildə “525-ci qəzetdə” çap olunan “Türk ordusunun azərbaycanlı generalları” adlı məqaləmi sərlövhəsini və bir sözünü də dəyişmədən əvvəlcə 2009-cu ildə “Elm və Təhsil” nəşriyyatında çıxan “İblis xislətli erməni” kitabına, sonra da özünün www.nadir-ahmedov.com saytına yerləşdirib. İndi “Google”da axtarış verəndə bir sətrini də yazmadığı uzun zəhmət və axtarışların bəhrəsi olan bu araşdırma-yazı Nadir müəllimin “əsəri” kimi təqdim olunur.

Məqalədə haqqında danışılan general-polkovnik Mehmet Nuri və ordu generalı Mahmud Berköz (Sarıkərimli) qardaşları əslən şəkili olduqları üçün, yəqin, Nadir müəllim elə hesab edir ki, bu mövzudan yazmaq başqa bölgədən olan bir kimsənin işi deyil, yalnız onun şəninə şayandır.

Amma yeni peyda olmuş “qocaman ədib” heç olmazsa köhnə şəkili kimi vətəninin övladlarından söz açan yazıya bir-iki məhəlli ştrix əlavə eləsəydi, yenə də dərd yarı idi... Görünür, “Oğrudan oğruya halaldır” prinsipi ilə hərəkət edən Ülviyyə Tahirqızı adlı bir xanım da eyni yazını başlığını da dəyişmədən “Xalq cəbhəsi qəzeti”ndə öz araşdırması kimi çap etdirib (bax. “Türk ordusunun azərbaycanlı generalları”, “Xalq cəbhəsi qəzeti”, 25 aprel 2014-cü il, www.xalqcebhesi.az.news.accident)

Əcəb işdir! Adam bilmir qocasından rəncidə olsun, yoxsa cavanından incisin! Yəqin ki, ən salamat yolu oxucu sayını artırdıqlarına görə bu “müəlliflərə” təşəkkür etməkdir”.

Qeyd edək ki, N.Əhmədov 1997-2004-cü illərdə Azərbaycanın Rabitə naziri olub.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar