Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Benzinin və dizel yanacağının qiyməti yenidən bahalaşdı -Çində

Tarix: 02-12-2019 18:59     Baxış: 31 205 A- / A+
Benzinin və dizel yanacağının qiyməti yenidən bahalaşdı

Ölkənin neft emalı və satışı şirkətlərindən yanacağın topdan və pərakəndə satış qiymətlərinin yeni qərara uyğunlaşdırılması xahiş edilib.
Çində benzinlə dizel yanacağının topdan və pərakəndə satış qiymətləri yenidən bahalaşıb.

Manevr.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Çin Milli İnkişaf və İslahat Komissiyası qərar qəbul edib. Bahalaşmaya səbəb dünya bazarında xam neftin qiymətinin artması göstərilir. Qərara əsasən, dekabrın 3-dən benzinin və dizel yanacağının hər tonunun qiyməti müvafiq olaraq 55 yuan (7,83 ABŞ dolları) və 50 yuan (7,12 dollar) artırılıb.

Ölkənin neft emalı və satışı şirkətlərindən yanacağın topdan və pərakəndə satış qiymətlərinin yeni qərara uyğunlaşdırılması xahiş edilib.

Çində sonuncu dəfə noyabrın 19-da yanacağın qiymətində artım olmuşdu.

Qeyd edək ki, dünyanın ikinci ən böyük neft məhsulları istehlakçısı olan Çində qüvvədə olan qiymət mexanizminə əsasən, dünya bazarında neftin qiyməti hər ton üçün 50 yuandan yuxarı həddə qalxarsa və bu qiymət 10 iş günü ərzində qüvvədə olarsa, Çin hökuməti neft məhsullarının satış qiymətini də müvafiq qaydada artırır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar