Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına töhfələri” mövzusunda konfrans keçiriləcək

Tarix: 22-11-2019 14:17     Baxış: 4171 A- / A+
“Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına töhfələri” mövzusunda konfrans keçiriləcək


Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Bakı Yunus Əmrə İnstitutu ilə birgə 29 noyabr 2019-cu il tarixdə “Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına töhfələri” mövzusunda konfrans keçiriləcək.


Qeyd edək ki, Konfransın keçirilməsində məqsəd müsəlman alimlərinin elm və texnologiyaya verdikləri töhfələrin araşdırılması, həmçinin bu istiqamətdə fəaliyyət göstərən alim və mütəxəssislərin tədqiqat işləri, məlumat və təcrübə mübadiləsi üçün platforma təşkil etməkdir.

Tədbirdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Erkan Özoral, Yunus Emre İnstitutunun müdiri Cihan Özdemir, Kırıkkale Universitetinin rektoru, professor Ersan Aslan, prof. Fuat Sezgin, İslam Elm Tarixi Araşdırmaları Fondunun rəhbəri Mecit Çetinkaya, Ahmet Yesevi Universitetinin Qəyyumlar Şurasının sədri prof. Musa Yıldız, Kırşehir Ahi Evran Universitetinin rektoru prof. Vatan Karakaya, millət vəkilləri, AMEA və dövlət qurumlarının rəsmiləri iştirak edəcəklər.

Konfrans “Antik yunan və Roma filosoflarının əsərlərinin İslam mütəfəkkirlərinin yetişməsində rolu”; “Müsəlman Şərqində elmin inkişafına Qurani-Kərimin və ərəb dilinin təsiri”; “Bəşər sivilizasiyasının inkişafında türk-müsəlman alimlərinin rolu”; “Müsəlman dünyasında elmin inkişafında kitabxanaların rolu”; “Müsəlman alimlərinin elm və texnologiyaya töhfələri araşdırma və təlim sahəsi kimi: metodoloji məsələlər, tarixi mənbələr, sənədlər və artefaktlar, mövzu üzrə akademik əməkdaşlıq”; “Dəqiq, təbiət və humanitar elmlərin inkişafında türk-müsəlman alimlərinin xidmətləri”; “Türk-müsəlman alimlərinin elmi və fəlsəfi əsərlərinin dünya dillərinə tərcüməsi”; “Müasir dövrdə elm və texnologiyanın inkişafında türkdilli dövlətlərin rolu: prioritetlər və gözləntilər” istiqamətlərini əhatə edəcək.

Konfransın materialları kitab şəklində çap olunacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar