Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Var-dövlətin var, get, bir qədər də nəvələrinlə oyna” - Partiya sədrindən Oqtay Şirəliyevlə icra başçılarına mesaj

Tarix: 19-11-2019 21:11     Baxış: 2172 A- / A+
"Var-dövlətin var, get, bir qədər də nəvələrinlə oyna” - Partiya sədrindən Oqtay Şirəliyevlə icra başçılarına mesaj

"Oqtay Şirəliyevin dincəlməsi məsləhətdir. Gedib nəvələrilə oynasın”.

Bu sözləri kadr islahatlarının davamının olub-olmayacağı, daha hansı yaşlı məmurların istefaya göndərilə biləcəyilə bağlı sualı cavablandırarkən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib:

"Kadr islahatlarının aparılması Konstitusiya görə Prezidentin səlahiyyətlərinə aid olan məsələdir. Yəni, bu məsələyə heç kim qarışa bilməz. Hər halda son zamanlar kadr islahatları sahəsində də ciddi addımlar atılıb. Düşünürəm ki, dövlət başçısının bu istiqamətdə verdiyi mesajlar digər yerində olmayan məmurlara da şamil ediləcək. Hər halda bu qənaətdəyəm ki, yaşı 70-dən yuxarı olan məmurların yaxın vaxtlarda istefaya göndərilməsi prosesi tamamilə yekunlaşmalıdır. Məlumatıma görə, Səhiyyə naziri Oqtay Şirəliyev istefaya getməklə bağlı ərizəsini verib. Onun dincəlməsi məsləhətdir. İmkanı, var-dövləti var. Gedib bir qədər də nəvələrilə oynasın”.

Partiya sədri parlamentin buraxılmasını da zəruri hesab etdi: "Milli Məclisin vaxtından əvvəl buraxılması zəruridir və gözlənilir. Ölkə Prezidentinin iradəsinin qarşısında heç kim duruş gətirə bilməyəcək və islahatlar sona qədər davam edəcək. Sadəcə, bir qədər gözləməliyik".

H. Hacıyevin fikrincə, baş nazirin yaşlı müavinləri də getməlidir: "Yaşı keçmiş və getməli olan məmurlar sırasında baş nazirin müavinləri də var. İcra başçıları arasında da yaşlı və rüşvətə qurşanan insanlar var. Prezidentə hörmət edirlərsə, ərizələrini yazıb getsinlər. Bu hələ başlanğıcdır. Böyük kadr islahatları aparılmalıdır. Kimlər ki, vəzifədən ayrıla bilmir, evlərindəki otaqlarının birində iş stolu düzəldib, orada otursunlar, lazım olsa çay gətirmək üçün katibə də təyin etsinlər”.sfera.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar