Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Qızını erməniyə verən Cəmil Həsənli, mandat alveri edən Əli Kərimli həbs edilməlidir"- Hafiz Hazıyevdən SƏRT İTTİHAM

Tarix: 15-11-2019 15:43     Baxış: 3209 A- / A+
"Qızını erməniyə verən Cəmil Həsənli, mandat alveri edən Əli Kərimli həbs edilməlidir"- Hafiz Hazıyevdən SƏRT İTTİHAM


Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın müxalifət partiyasının keçmiş üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib. Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.Onlar mühacir bazarı açmaq günahlandırılırlar.

Manevr.az danışan "Müasir Müsavat" partiyasının sədri Hafiz Hacıyev qeyd edib ki, bir neçə ay öncə hüquq mühafizə orqanlarına müraciət edib bildirdim ki, ölkəmizin əlehinə anti-təbliğat aparan qüvvələr xarici dövlətlərdə yerləşiblər. O ölkələrdə olan səfirlərimizin başı alverə qarışdığı üçün bu barədə heç bir tədbir görmürlər. Sevindirici haldır ki, 3-4 aydan sonra bu məsələnin üzərinə düşdülər. Orada olanların hamısı müsavatçılar, cəbhəçilərdir. Onlar saxta vəsiqə alıb, 5 sutka həbs yatmaqdan ötrü aksiyalarda gedib polisi itələyir, yalandan özlərini döydürürlər ki, xaricdə qaçqın statusu ala bilsinlər. Əli Kərimli, İsa Qəmbər, Arif Hacıyev və Cəmil Həsənli Azərbaycan vətəndaşlarının xaricdə məskunlaşmaqları üçün çox böyük mübarizə aparırlar. Onları orada yığmaqda məqsədləri lazım olan anda mitinqlər keçirib, ölkəmizin ünvanına xoşagəlməz ifadələr işlətsinlər. Təbii ki, onların başında da küçə uşaqları dayanır. Onların bir hissəsi həbs olunub, bir hissəsi də deportasiya olunacaq. Bu düşünürəm ki, azdır. Cəmil Həsənlinin Azərbaycan vətəndaşlığından çıxarılması prosesi başlanılmalıdır. O, Amerikada oturub, Azərbaycanın əlehinə təbliğat aparır. Bilirsiniz ki, Cəmil Həsənli ermənilərlə qohumdur. O, qızını erməniyə ərə verib. Əli Kərimli barəsində ciddi tədbirlər görülməlidir. Vəsiqələri satıb, cəbhəçiləri mühacir həyata məcbur ediblər. Onlar da orada belə işlərlə məşğul olurlar".

Hafiz Hacıyev bildirib ki, təcili İsa Qəmbər həbs edilməlidir: "Əgər istintaq başlayıbsa ədalətli aparılmalıdır. Onları oraya yönəldən insanlardan əsas haq-hesab soruşulmaldır. Onları ora İsa Qəmbər, Əli Kərimli, Cəmil Həsənli, Arif Hacıyev göndərib. İsa Qəmbər, Əli Kərimli, Cəmil Həsənli, Arif hacıyev küçə uşaqlarıdır. Onlar vətənlərinə xəyanət ediblər. Biz bu məsələdə ayrı-seçkilik etməməliyik.Mən tələb edirəm ki, Cəmil Həsənlinin ölkəyə qayıtmasına imkan verilməsin. Amerikada oturub Azərbaycan əleyhinə erməni qohumları ilə birlikdə iş apardığına görə elə ordaca həbs edilsin. Xaricdə oturub internet televiziyaları vasitəsi ilə Azərbaycanı təhqir edənlər də qanun qarşısında cavab verməlidir. Əli Kərimli, İsa Qəmbər, Cəmil Həsənli də istintaqa cəlb edilməldir".

Hafiz Hacıyev vurğulayıb ki, onların xaricdə məskunlaşmasında kömək edən bəzi hüquq mühafizə orqanlarının əməkdaşları da həbs edilməldir:
"Çünki onların həmin şəxslərin xaricdə məskunlaşması üçün saxta arayış veriblər. Bu ortaya çıxmalıdır. Xalq görməldir ki, kimliyindən asılı olamayaraq vətənə xəyanət edən hər bir şəxs cəzasını alır. Onlar Azərbaycanı Suriya vəziyyətinə salmaq istəyirlər. Düşünürəm ki, təcili istintaq başlamalıdır. Almaniyanın hüquq- mühafizə orqanları onların evində axtarış aparıb. Onların evindən Müsavat partiyasının partiya biletləri çıxıb. Məhəmməd Əmin Rəsulzadə bilsəydi ki, İsa Qəmbər və Arif Hacılı kimi satqınlar partiyaya sədrlik edəcək, bu partiyanın adı çəkməzdi. Ona görə biz bu missiyanı öz üzərinə götürmüşük. Təcili o partiyanın bağlanması ilə bağlı hüquq-mühafizə orqanları Ədiliyyə Nazirliyi qarşısında məsələ qaldırmalıdır. Əli Kərimlinin partiyasının bağlanması və onun ölkədə fəaliyyət göstərməsi qadağan olunmaldır. Milli Şuranın işinə yenidən baxılmaldır. Cəmil Həsənli başda olmaqla digərlərinin ermənilərlə əlbir olub ölkəmizə qarşı anti-təbliğat aparmaqları sübut edilməldir. O cümlədən Azərbaycanın daxilində xaricdəkilərə dəstək olub, pul göndərən məmurlar ifşa olunub, xalqın gözü qarşısında cəzalandırılmalı, həbs olunmalıdır".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar