Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Rafael Cəbrayılovun məhkəməyə məcburi gətirilməsi ilə bağlı iddia qaldırıldı

Tarix: 05-11-2019 20:05     Baxış: 5153 A- / A+
Rafael Cəbrayılovun məhkəməyə məcburi gətirilməsi ilə bağlı iddia qaldırıldı


Bu gün Abşeron rayon Məhkəməsində sabiq deputat Rafael Cəbrayılovun məcburi gətirilməsi ilə bağlı icraçı İlyas Həsənovun təqdimatı üzrə məhkəmə prosesi keçirilib.

Manevr.az-ın məlumatına görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesə nə icraçı İlyas Həsənov, nə də Rafael Cəbrayılov gəlib. Prosesdə yalnız zərərçəkən M. Qurbanovanın nümayəndəsi iştirak edib.

Məhkəmə prosesi noyabrın 15-ə qədər təxirə salıb.

Xatırladaq ki, R. Cəbrayılov zərərçəkən M. Qurbanovaya 370 min manat borcu var.

APA-nın əldə etdiyi məlumata görə, sabiq deputatla zərərçəkən arasında bir həftə əvvəl Abşeron rayon İcra Şöbəsində görüş keçirilib. R. Cəbrayılov zərərçəkəndən borcun ödənilməsi ilə bağlı sonuncu dəfə vaxt istəyib.

Qeyd edək ki, deputat R. Cəbrayılovun 300 min manat borc qarşılığında deputat vəsiqəsini girov qoyması ilə bağlı xəbərlər yayılıb. O, T. Fətəliyeva adlı vətəndaşdan ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 300 min ABŞ dolları məbləğində borc alıb. Lakin deputat borcu vaxtında ödəyə bilməyib. O, borcu vəd etdiyi vaxta qaytara bilmədiyi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatının vəsiqəsinin əslini girov qoyub. R. Cəbrayılov T. Fətəliyevadan başqa X. Nəcəfova adlı daha bir qadından da borc alıb.

Rafael Cəbrayılovun, həmçinin, M. Qurbanova, O. Hacıyev, S. Məmmədova və onun oğlu F. Əliyevə də borcu olduğunu ortaya çıxıb.

Rafael Cəbrayılov bundan sonra mandatından imtina etməklə bağlı parlamentə müraciət edib. Milli Məclis onun deputat səlahiyyətlərinə xitam verilməsi üçün MSK-ya müraciət göndərib.

Oktyabrın ayının 2-də MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Cəbrayılovun səlahiyyətlərinə xitam verilib./apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar