Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Azərbaycanla hərbi-texniki əməkdaşlıq proqramı düzəlişlər tələb edir” - Şoyqu

Tarix: 15-08-2016 14:27     Baxış: 2391 A- / A+
 “Azərbaycanla hərbi-texniki əməkdaşlıq proqramı düzəlişlər tələb edir”


Bakıda səfərdə olan Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu gün Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşəcək.

"RİA Novosti" xəbər verir ki, görüşdə iki ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlıq, eləcə də Xəzər regionunun təhlükəsizliyi məsələləri müzakirə olunacaq.

"Hesab edirəm ki, regionda və Yaxın Şərqdə təhlükəsizliklə bağlıl vəziyyəti müzakirə etmək imkanımız olacaq. Bundan əlavə, hərbi və hərbi-texniki əməkdaşlıq proqramında bəzi məsələlər düzəlişlər tələb edir. Bu məsələlər üzrə çıxış yolu tapacağımıza əminəm", - deyə S.Şoyqu bildirib.

Onun sözlərinə görə, tərəflər eyni zamanda təhlükəsizlik üzrə birgə işlər baxımından Xəzər dənizində əməkdaşlıq məsələlərini müzakirə edəcək. "Ümid edirəm ki, ötən il hazırladığımız plan və proqramlar tam şəkiləd həyata keçiriləcək", - deyə rusiyalı nazir vurğulayıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 14-də Rusiyanın müdafiə naziri Sergey Şoyqunu qəbul edib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar