Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Millət vəkili türklüyümüzə “söz atdı” – Tarixçinin cavabı

Tarix: 01-11-2019 08:15     Baxış: 4167 A- / A+
Millət vəkili türklüyümüzə “söz atdı” – Tarixçinin cavabı

ASDP sədri, millət vəkili Araz Əlizadənin İctimai Televiziyada yayımlanan “3D” verilişində qonaq olarkən azərbaycanlıların milliyyəti ilə bağlı “ənənəvi mövqeyi” yenidən narazılıq yaradıb.

Deputatın xüsusilə Türkiyə türklərinin sarı, Azərbaycan türklərinin Hind-Avropa irqinə mənsub olmasını deməsi və bunu azərbaycanlıların türk olmaması kimi təqdim etməsi növbəti etiraz doğurub.

Manevr.az xəbər verir ki, məsələ ilə bağlı Axar.az-a danışan BDU-nun tarix fakültəsinin dosenti, antropoloq, tanınmış tarixçi Kərəm Məmmədov bildirib ki, A.Əlizadənin irqi təsnifatlar barədə məlumatı yoxdur.

“Hind-Avropa adında irq yoxdur. Hind-Avropa dil ailəsidir. İrqin adı Hind-Aralıq dənizi irqidir ki, bu irqin də müxtəlif qolları, antropoloji tipləri var. O qolların içərisində Azərbaycan türklərinin daxil olduğu irq “Oğuz irqi” adlanır. Oğuz xalqları hesab olunan türkmənlər və Azərbaycan türkləri eyni antropoloji tipə aiddir. Priney yarımadasından şərqə, bütün Şimali Afrika, Ön Asiya xalqları, indiki İran, Cənubi Qafqaz xalqlarının böyük bir qismi, əfqanların və pakistanlıların xeyli hissəsi, Hindistanın şimal bölgəsi eyni irqə aiddir. Bu irqi çox vaxt müxtəlif qollara ayırırlar. Qollardan biri də Oğuz irqidir. İndiyə kimi bu irq müxtəlif adlarla tanınıb. Məsələn, Kaspi, Aralıq dənizi, Xorasan və s. Bu tip ağ irqə məxsusdur və avropoid irqidir. Qədim türklərin əksəriyyəti də məhz ağ irqə məxsus olub. Bunu Sibir və Volqa ərazisindəki qazıntılar, aparılan araşdırmalar da sübut edir”.

Tarixçi bildirib ki, irqi tipin morfoloji xüsusiyyətlərinə görə, qədim türklər ensiz sifətli və uzun başlı olublar:
“Tapıntılar tək indiki Azərbaycan ərazisindən deyil, eyni zamanda Gürcüstandakı Santavro qəbiristanlığından aşkar edilib. Həmin qazıntılardakı tapıntılar baş və sifət quruluşuna görə, indiki Azərbaycan türkləri ilə eynilik təşkil edir. Son illər biz bunu dərsliklərdə Oğuz türkü kimi təqdim edirik. İrqi tipin ən qədim variantı isə eramızdan öncə 13-cü minilliyə aid edilən Qobustan insanlarıdır”.

K.Məmmədov millət vəkilinin Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın Azərbaycanda “qızıl müqabilində” döyüşməsi ilə bağlı iddialarına da cavab verib:

“Nuru Paşa hansı qızıl müqabilində döyüşüb? Niyə o qızılın miqdarı haqqında Araz bəy heç bir məlumat verməyib? Araz Əlizadə və bütün bu fikirdə olan şəxslər bilsin ki, Osmanlı döyüşçüləri heç vaxt muzdlu şəkildə döyüşlərdə iştirak etməyib. Belə ittihamlar boş və əsassızdır”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar