Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

72 yaşlı Hadi Rəcəbli: "Milli Məclisdə yatan deputatın olmasının tərəfdarı deyiləm"

Tarix: 26-10-2019 19:25     Baxış: 3186 A- / A+
72 yaşlı Hadi Rəcəbli: "Milli Məclisdə yatan deputatın olmasının tərəfdarı deyiləm"

Parlamentdə yaş məhdudiyyəti yoxdur. Təəssüf ki, əhalinin böyük hissəsi pensiya yaşı deyəndə parlamenti də buna qarışdırır.

Manevr.az bildirir ki, bunu azvision.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

72 yaşlı komitə sədri 2020-ci ildə keçiriləcək parlament seçkilərində yenidən iştirak etmək istədiyini bildirib.

“Dünyada parlamentarilərin orta yaşı 57-62 arasındadır. Deputatlar bir qədər yaşlı olmalıdır. Bu gün, təəssüf ki, parlamentin ətrafında yalanlar, iftiralar dolanır, bu da siyasi texnologiyaların məhsuludur.

İstərdim ki, jurnalistlər həqiqətləri çatdırsın, fəal deputatla qeyri-fəal deputatı seçə bilsinlər. Milli Məclisdə yatan deputatın olmasının tərəfdarı deyiləm, deputat aktiv olmalıdır və bunun yaşa heç bir aidiyyəti yoxdur. Əgər təmsil olunduğum partiya namizədliyimi irəli sürərsə, böyük məmnuniyyətlə növbəti dəfə deputat olmaq istəyirəm”, - deyə H.Rəcəbli vurğulayıb.

Qeyd edək ki, Hadi Rəcəbli I-V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar