Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

"Mikayıl Cabbarov kölgə iqtisadiyyatını aradan qaldırıb, oliqarxları biznesdən uzaqlaşdıracaq" - Vahid Əhmədov

Tarix: 23-10-2019 19:19     Baxış: 3198 A- / A+
"Mikayıl Cabbarov kölgə iqtisadiyyatını aradan qaldırıb, oliqarxları biznesdən uzaqlaşdıracaq" - Vahid Əhmədov

“Yeni kadrların müəyyən səhvləri ola bilər, ancaq zaman keçdikcə bunlar aradan qalxacaq və püxtələşəcəklər. Çünki yeni təyin olunan kadrlarda müəyyən qədər aşkarlıq, şəfafflıq, təmizlik var, onlarda korrupsiya meylləri yoxdu”.

Manevr.az xəbər verir ki, bu fikri ölkə.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.

Millət vəkili bildirib ki, bu təyinatlar içərisində məni ən çox sevindirən Mikayıl Cabbarovun İqtisadiyyat naziri təyin olunması olub:

“Mikayıl Cabbarov doğrudan da qiymətli kadrdır. Mikayıl Cabbarov istər təhsil naziri, istərsə də vergilər naziri olarkən bu, nazirliklərdə çox ciddi islahatlar həyata keçirib. Onun təklifləri əsasında hələ iki bundan qabaq ölkədə kölgə iqtisadiyyatının aradan qaldırılması istiqamətində çox ciddi islahatın həyata keçirilməsinə şahidlik etdik”.
Deputat hesab edir ki, Vergilər nazirliyinin, Əmlak Məsələləri Dövlət Komitəsi, eyni zamanda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin ləğv edilərək İqtisadiyyat nazirliyininin tabeçiliyinə verilməsi bu nazirliyin daha da gücləndirilməsinə xidmət edir.

“İnanıram ki, bu sahəyə rəhbərlik edəcək Mikayıl Cabbarov burada da ciddi islahatlar həyata keçirəcək. Cənab Prezidentin ölkə iqtisadiyyatının, xüsusən də qeyri-neft sektorunun inkişafı, kölgə iqtisadiyyatının aradan qaldırılması, oliqarxların biznesdən uzaqlaşdırılması, iqtisadiyyatda azad rəqabətin yaranması və bu kimi halların aradan qaldırılması istiqamətində ciddi işlər görəcək”,- deyə deputat V.Əhmədov bildirib.

V.Əhmədov əlavə edib ki, biz yaxın gələcəkdə deyəcəklərimizin şahidi olacağıq.

“Ona görə ki, Mikayıl Cabbarov kifayət qədər savadlı ixtisasçıdır və bu sahəni bilən adamdır. Ona görə də Cənab Prezidentin qarşıya qoyduğu bütün vəzifələrin bacardığı qədər öhdəsindən gələcək. Düzdür, onun nəzərdə tutulan planlarını reallaşdırmağı üçün bəzi qanunlar və qərarlar qəbul olunmalıdır. Yəqin ki, bunlar da olacaq. Ona fəaliyyətində uğurlar arzulayıram”, - deyə millət vəkili bildirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar