Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Payız-qış mövsümünə hazırlıq davam etdirilir

Tarix: 16-10-2019 14:27     Baxış: 4140 A- / A+
Payız-qış mövsümünə hazırlıq davam etdirilir


“Azəriqaz” İstehsalat Birliyi (İB) bölgələrdə bu günədək qaz almayan yaşayış məntəqələrinin qazlaşdırılması, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, qaz kəmərlərinin və avadanlıqların yenidən qurulması istiqamətində işləri uğurla davam etdirir.
“Azəriqaz” İstehsalat Birliyindən Manevr.az-a verilən məlumata görə, 2019-2020-ci illərin payız-qış mövsümündə istehlakçıların dayanıqlı, fasiləsiz təbii qaz təchizatının təmin edilməsi məqsədi ilə tərtib edilmiş tədbirlər proqramına uyğun olaraq ilk növbədə kənd və qəsəbələrin, eyni zamanda Bakı şəhərində, paytaxt ətrafı ərazilərdə istismara yararsız vəziyyətdə olan bir sıra daşıyıcı qaz kəmərləri yenidən qurulub. 2019-cu ilin yanvar-sentyabr ayları ərzində ümumilikdə 1376,7 km müxtəlif diametrli yeni qaz kəmərləri çəkilib, 487,7 km qaz kəmərləri əsaslı təmir edilib. Bundan əlavə Bakı Regional Qaz İstismarı Departamenti, 8 Regional qaz istismarı İdarələri və Sumqayıt qaz istismarı Sahəsi üzrə daxili imkanlar hesabına 2019-cu ilin yanvar-sentyabr ayları ərzində 246,62 km uzunluğunda müxtəlif diametrli qaz xətləri təmir olunaraq yenisi ilə əvəz edilib. Bu işlərlə paralel olaraq kəmərlər üzərində quraşdırılmış istismar müddəti bitmiş avadanlıqlar dəyişdirilib. Bu günə olan məlumata görə regionlar üzrə 29 qəsəbə, kənd yaşayış məntəqələrinə və 10 yeni salınmış yaşayış massivinə təbii qazın verilməsi təmin edilib. Cari ilin 9 ayın ərzində 65 124 yeni əhali abonenti qeydiyyata alınıb. Beləliklə, respublika üzrə qazla təmin olunan ümumi istehlakçıların sayı 2 milyon 246 min 968-ə çatıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar