Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Şəmistan Əlizamanlı Bakıda Ərdoğanla görüşdü - Şəkil

Tarix: 15-10-2019 16:50     Baxış: 3151 A- / A+
Şəmistan Əlizamanlı Bakıda Ərdoğanla görüşdü - Şəkil

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak etmək üçün Bakıya gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Qarabağ qaziləri, keçmiş hərbçilər, o cümlədən generalların bir qrupu ilə görüşüb.

Görüşdə "Qarabağ Qaziləri" İctimai Birliyinin sədri Asəf Əliyev iştirak edib. Görüş iştirakçıları arasında Azərbaycanın tanınmış hərbi diktoru, vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı da olub. Türkiyə Prezidenti Əlizamanlının AKP-nin seçki musiqisi olan "Zəfər, bismillah" mahnısının bəstəçisi və ifaçısı olduğunu biləndə bu görüşdən çox məmnun olduğunu deyərək onunla şəkil çəkdirib.

Xatırladaq ki, Şəmistan Əlizamanlı Türkiyə Ordusunun Afrində apardığı əməliyyatlara həsr olunan, sözləri Əhməd Cavada aid "Yürüyün, əsgər, yürüyün" və "Turan ellər var olsun" mahnılarının da bəstəçisi və ifaçısıdır. Hər iki mahnı Türkiyənin reytinqli filmi "Diriliş Ərtoğrul"da Əlizamanlının öz ifasında səsləndirilib.qaziler.az
Şəmistan Əlizamanlı Bakıda Ərdoğanla görüşdü - Şəkil


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar