Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rafael Cəbrayılov prokurorluğa çağırılıb

Tarix: 12-10-2019 10:10     Baxış: 3217 A- / A+
Rafael Cəbrayılov prokurorluğa çağırılıb

Keçmiş deputat Rafael Cəbrayılov prokurorluğa çağırılıb.

Manevr.az yenisabah.az-a istinadla xəbər verir ki, çağırış keçmiş deputatın adı keçən “borc qalmaqalı” ilə bağlıdır. İddia olunur ki, Rafael Cəbrayılov səhhəti ilə əlaqədar prokurorluğa getməyib və bazar ertəsinə qədər möhlət istəyib. Məlumatda həmçinin bildirilir ki, keçmiş deputata borcları qaytarmaq tövsiyyə edilib.
Rafael Cəbrayılovun 300 min ABŞ dolları borclu olduğu Təranə Fətəliyeva isə keçmiş deputatın prokurorluğa çağırılması barədə məlumatsız olduğunu deyib. “Onun prokurorluğuna çağırılıb-çağırılmadığını bilmirəm. Amma mənə bu həftənin üçüncü gününə borcu qaytaracağını söz vermişdi. Artıq iki gün keçib. Əgər qaytarmasa, mən özüm prokurorluğa müraciət edəcəm”, -deyə Təranə Fətəliyeva bildirib.
O, digər borcluların da hələ pullarını geri almadığını deyib.
Rafael Cəbrayılovun özü ilə isə danışmaq mümkün olmayıb.
Xatırladaq ki, keçmiş deputat bir neçə vətəndaşdan külli miqdarda pul alıb. Pulu qaytaracağına zəmanət kimi III və IV çağırış deputat vəsiqələrini girov qoyub. Lakin borcu vəd etdiyi vaxtda qaytara bilməyib. Eyni zamanda zərərçəkənləri təzyiq edib. Onlar da öz növbələrində məsələni ictimailəşdiriblər. Bundan sonra Rafael Cəbrayılov mandatdan imtina barədə Milli Məclisə müraciət edib. Rafael Cəbrayılovun müraciəti baxılması üçün Mərkəzi Seçki Komissiyasına (MSK) göndərlib. MSK-nın qərarı ilə Rafael Cəbrayılovun mandatı ləğv olunub. Bununla o, toxunulmazlıq hüququnu da itirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar