Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Dmitri Medvedevdən Əli Əsədova təbrik teleqramı

Tarix: 08-10-2019 21:42     Baxış: 3166 A- / A+
Dmitri Medvedevdən Əli Əsədova təbrik teleqramı

Rusiyanın baş naziri Dmitri Medvedev Əli Əsədovu Azərbaycanın baş naziri təyin olunması münasibətilə təbrik edib.
Dmitri Medvedevdən Əli Əsədova təbrik teleqramı

“RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti xəbər yayıb.

Bildirilib ki, D.Medvedev Əli Əsədova göndərdiyi teleqramda onunla birlikdə aktiv əməkdaşlıqdan məmnun olacağını qeyd edib.

Rusiya hökumətinin başçısı Rusiya və Azərbaycanın bir-birilərinə dostluq və tərəfdaşlıq münasibətləri ilə bağlandığını, ticarət, iqtisadi və investisiya əməkdaşlığının davamlı inkişaf etdiyini, enerji sektorunda, sənaye, infrastruktur, elm və mədəniyyət sahələrində perspektivli layihələrin həyata keçirildiyini vurğulayıb.

“İkitərəfli əməkdaşlığın bütün spektrlərini daha da inkişaf etdirmək, yeni qarşılıqlı faydalı təşəbbüs və proqramları təşviq etmək üçün hökumət xəttində birgə işləməyə hazır olduğumu bildirmək istərdim”, - deyə Medvedev qeyd edib.oxu.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar