Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Beynəlxalq Müəllimlər Günü münasibətilə Füzuli rayon 32 sayli tam orta məktəbdə tədbir keçirilib -ŞƏKİLLƏR

Tarix: 04-10-2019 23:20     Baxış: 4593 A- / A+
Beynəlxalq Müəllimlər Günü münasibətilə Füzuli rayon 32 sayli tam orta məktəbdə tədbir keçirilib


Müəllim günü- təhsil sistemində çalışan insanların peşə bayramı, 5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanmışdır.
1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutmuşdur.Hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə "Müəllimlər günü" qeyd edilir.Müstəqil Azərbaycanda isə bu tarix 1993-cü il 5 oktyabrda rəsmiləşdirilib.Amma Azərbaycanda "Müəllim günü"nün kütləvi şəkildə qeyd olunmasının xüsusi bir tarixçəsi var. "Müəllim günü"nün 1965-ci ildə SSRİ Ali Sovetinin 29 sentyabr tarixli qərarından sonra keçirilməsinə baxmayaraq, təhsil sistemində çalışan insanların zehni əməkləri, onların xidmətləri indiki dövrdə də qiymətləndirilir.Məhz Azərbaycan müstəqillik əldə etdikdən sonra da bu peşə bayramı hər il5 oktyabrda ölkə ictimaiyyəti tərəfindən qeyd olunur. Xüsusilə, həmin bayram günü şagirdlər və tələbələr öz sevimli müəllimlərini təbrik edirlər.O cümlədən də biz Klub- İcma mərkəzi olaraq öz işçi kollektivimizlə birlikdə ,Füzuli rayon 32 saylı tam orta məktəbin direktor müavini Elşən müəllimə və Cəbrayıl rayon 11 saylı tam orta məktəbin direktoru Əhməd müəllimə "5 Oktyabr- Müəllimlər günü" münasibəti ilə təbrik hədiyyəmizi çatdırmışdıq. "Şagirdlərinin sevgisini qazana bilən, onların qəlbinə yol tapmağı bacaran və bu gündən sabaha gələcək yetişdirən müəllim-əsl müəllimdir!" Ürəklərə yol açan,
Aləmə işıq saçan,
Hər sirri bizə açan,
Bir həyatdır Müəllim...


Manevr.az

Beynəlxalq Müəllimlər Günü münasibətilə Füzuli rayon 32 sayli tam orta məktəbdə tədbir keçirilib
Beynəlxalq Müəllimlər Günü münasibətilə Füzuli rayon 32 sayli tam orta məktəbdə tədbir keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar