Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Aqil Abbas: Ermənilər stadionda nənələrinin tumanını yelləyib

Tarix: 04-10-2019 15:37     Baxış: 4230 A- / A+
Aqil Abbas: Ermənilər stadionda nənələrinin tumanını yelləyib


Ermənilər bayraq yox, nənələrinin tumanını yelləyib. Təxribatdır, cavablarını da alacaqlar.

Bunu açıqlamasında millət vəkili Aqil Abbas deyib.

Dünən UEFA Avropa Liqasının Lüksemburqda keçirilən “F91 Düdelanj” – “Qarabağ” (1:4) görüşündə “First Armenian Front” fanatlarının Belçikadan gəlmiş Spartak adlı üzvü dronla qondarma Dağlıq Qarabağın bayrağını qaldırıb. Nəticədə futbolçularımız buna etiraz edib, azarkeşlərimizdən biri meydana daxil olub və 31-ci dəqiqədən etibarən matç dayandırılıb.

Yalnız Lüksemburqun İdman naziri Dan Kerş stadionda yaşananlara görə üzrxahlıq etdikdən sonra 20 dəqiqəlik fasilədən sonra komandalar meydana qayıdıb.

Əslən Ağdamdan olan millət vəkili Aqil Abbas isə üzrxahlığa baxmayaraq, bu məsələdə Lüksemburq hökumətini günahlandırıb:

“Birinci dəfə deyil ki, belə edirlər. Lüksemburq klubu cəzalandırılacaq. Üzr istədilər. Amma bu, bayraq əvəzinə bomba da ola bilərdi, nəticədə, stadionda faciə də baş verə bilərdi. Bu, Lüksemburq təhlükəsizlik xidmətinin günahıdır”./oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar