Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Lavrov Qarabağı Kosovaya bənzətdi: Nə demək istəyir?

Tarix: 03-10-2019 09:37     Baxış: 3166 A- / A+
Lavrov Qarabağı Kosovaya bənzətdi: Nə demək istəyir?


Moskva ilk dəfə rəsmi səviyyədə “Qarabağ Ermənistandır” fikri ilə razılaşmadığını açıqladı. Bu da onu göstərir ki, Rusiya Paşinyanı və onun siyasətini qəbul etmir.

Bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Paşinyan hakimiyyətdə olduğu müddətdə Putin İrəvana qarşı soyuq münasibət göstərməkdə davam edəcək:

“Rusiya Xarici İşlər naziri Sergey Lavrov “Valday” klubunun Yaxın Şərqə həsr olunan bugünkü sessiyasında ünvanı gizlətmədi. O öz çıxışında “Qarabağ Ermənistandır” ifadəsi “Kosova Albaniyadır” ifadəsinə bənzəyir və bu, danışıqlar prosesində müsbət atmosferin yaradılmasına kömək etmir”, - deyə bildirdi. Məlumdur ki, Kreml Kosovanun müstəqilliyini qəbul etmir və bu bölgəni Serbiyanın ərazisi sayır. Ona görə də Qarabağın Kosovaya bənzədilməsi İrəvanın xeyrinə deyil. Əgər Kosova məntiqindən yanaşsaq, Kreml nə Qarabağın Ermənistana birləşdirilməsinin, nə də müstəqilliyinin tərəfdarı olmalıdır. Ancaq Kremlin bu siyasətinin davamlı olacağını söyləmək çətindir. Kreml sadəcə Nikol Paşinyanı qəbul etmir, ancaq Ermənistandan vaz keçmək fikri yoxdur”.

Politoloq bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İttifaqı Ali Şurasının iclasının İrəvanda keçirilməsi eyforiyasından çıxa bilmir:

“Paşinyan göstərməyə çalışır ki, toplantı məhz ona görə Ermənistanda keçirilib. Halbuki təşkilatın toplantısı sadəcə növbəlilik prinsipinə görə İrəvanda keçirilib və bunun Paşinyanla əlaqəsi yoxdur. Buna baxmayaraq, toplantıdan dərhal sonra parlamentdə çıxış edən Paşinyan Avrasiya İqtisadi Birliyinin zirvəsinin “uğurlu nəticələrindən” və rusiyalı həmkarı Vladimir Putinlə görüşdən ağız dolusu danışıb. Ancaq deputatlardan birinin “Rusiya Ermənistana satdığı qazın qiymətini bahalaşdıra bilər?” sadə sualına cavab verə bilməyib”.

E.Şahinoğlu bildirib ki, Rusiyanın Ermənistana qarşı hazırkı münasibətinə o qədər də güvənmək olmaz:

“Putinin İrəvanda həbs olunan eks-prezident Robert Köçəryanın həyat yoldaşı ilə görüşü, üstəgəl, Sergey Lavrovun Qarabağı Kosovoya bənzətməsi Paşinyan üçün yaxşı xəbər deyil. Ancaq bizim də bu gedişatdan çıxış edərək, “Rusiya Ermənistandan üz döndərir” kimi eyforiyaya qapılmamız doğru olmaz. Bu gün Ermənistanda rəhbər Paşinyandırsa, sabah Kremlin görmək istədiyi başqa “yan” ola bilər”./axar,az/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar