Sizin Reklam Burada
Xəbər lenti
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Sələmçi deputatın daha bir qurbanı üzə çıxdı

Tarix: 15-08-2016 08:48     Baxış: 4367 A- / A+
Sələmçi deputatın daha bir qurbanı üzə çıxdı

Rüfət Quliyevdən şikayətçilərin sayı artır; parlamentin İntizam Komissiyasına müraciət olundu
Deputat Rüfət Quliyevin sələmçilik fəaliyyətindən şikayətçilərin sayı artır. Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputatın faiz davasına çıxdığı şəxslərdən daha biri vəkil Ceyhun Yusifova üz tutub.

Bu haqda redaksiyamızı bilgiləndirən vəkil bildirib ki, deputat 40 illik dostu olmuş mərhum Namiq Səfərovun dul həyat yoldaşını məhkəməyə verib onun əmlaklarına həbs qoydurub. Bu məsələ ictimailəşəndən sonra məlum olub ki, Rüfət Quliyevin əsas fəaliyyət istiqaməti sələmçilikmiş.

“Rüfət Quliyevin yeni-yeni qurbanları ortaya çıxmaqdadır. Əlbəttə ki, bu çox məyusedici haldır. Bir iş adamı da mənə müraciət edib. Zaur adlı iş adamı bildirdi ki, Rüfət Quliyev ona da 10 faizlə sələmə pul verib. Zaur adlı iş adamından başqa da mənə müraciət edənlər var. O, əlavə bir neçə şəxslərin də adını çəkdi. Hazırda əlimdə həmin şəxslərlə bağlı rəsmi sənədlərin təsdiqlənmiş surətləri yoxdur deyə, konkret ad çəkmirəm. Avqustun 18-də Səbayel Rayon Məhkəməsində hakim Zaur Əliyevin sədrliyi ilə Namiq Səfərovun ailəsinə qarşı deputatın açdığı məhkəmə çəkişməsi başlayır. Mən bütün mətbuat nümayəndələrini həmin prosesi aktiv şəkildə izləməyə çağırıram. Mətbuat nümayəndələri prosesi izləməklə Rüfət Quliyevin Milli Məclis deputatının statusuna uyğun olmayan fəaliyyət göstərməsinə bir daha əmin olacaqlarına inanıram”, - deyə vəkil qeyd edib.

Sələmçi deputatın daha bir qurbanı üzə çıxdı

Ceyhun Yusifov Rüfət Quliyevin deputat mandatı ilə bir araya sığmayan fəaliyyəti haqda Milli Məclisin İntizam Komissiyasına da müraciət etdiklərini bildirdi: “İntizam Komissiyasının sədri Ağacan Abıyevə rəsmi şəkildə müraciətimiz olub. Rüfət Quliyevin sələmçilik fəaliyyətinə görə cəzalandırılacağına inanıram. Onun hərəkətləri etik baxımdan, mentalitet baxımından uyğun deyil. Deputat 40 illik dostu Namiq Səfərov dünyasını dəyişəndən sonra onun həyat yoldaşından bütün əmlaklarını almaq, ələ keçirmək, yağmalamaq üçün fəaliyyətə başlayıb”.

Vəkil deputatın sələmçilik fəaliyyətini qanunsuz sahibkarlıq adlandırmaqla Vergilər Nazirliyini bu məsələni araşdırmağa çağırıb: “Qanunsuz fəaliyyəti hüquqi nöqteyi-nəzərindən qanunsuz sahibkarlıq subyektini yaradır. Qanunsuz sahibkarlıq edən şəxs isə vergidən yayınma ilə yanaşı hüquqi məsuliyyət də yaradır. Hesab edirəm Vergilər Nazirliyi də bu məsələ ilə bağlı Milli Məclis rəhbərliyinə müraciət edəcək. Rüfət Quliyev açıq şəkildə faizə pul verir. Bu fəaliyyət deputata mandat ilə bir araya sığmır. Yaxın vaxtlarda Rüfət Quliyevlə bağlı rəsmi sənədləri əldə etdikdən sonra onun digər şəxslərə qarşı da sələmçilik üzərində məhkəmə davası açdığını faktlarla açıqlayacağıq”.

Vəkil deputatı qanunsuz əməllərdən çəkinməyə çağırıb.

Qeyd edək ki, deputat 2011-ci ildə Namiq Səfərova 17 min 400 dollar faizə pul verib. 2015-ci ilin aprelində N.Səfərov qəfildən dünyasını dəyişib. Bundan sonra deputat mərhumun həyat yoldaşından sələmə verdiyi 17 400 dolların qarşılığında 350 min dollardan artıq pul tələb edib. Mərhumun həyat yoldaşı bu qədər pulu verə bilməyəcəyini bildirəndə deputat mərhum dostunun əmlaklarına həbs qoydurub. Yaxın günlərdə deputatın iddiasına baxılacaq.
Deputatı dinləməyə, mövqeyini dərc etməyə hazırıq.

E.MƏMMƏDƏLİYEV

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar