Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rafael Cəbrayılovu nə gözləyir? – Hüquqşünasdan açıqlama

Tarix: 25-09-2019 10:41     Baxış: 3216 A- / A+
Rafael Cəbrayılovu nə gözləyir? – Hüquqşünasdan açıqlama

Deputat vəsiqəsini girov qoymaqla 300 min dollar borc götürən millət vəkili Rəfael Cəbrayılov haqqında müzakirələr səngimək bilmir.

Manevr.az xəbər verir ki, məsələyə münasibət bildərən hüquqşünas Əkrəm Həsənov “yeni müsavat”a bildirdi ki, burada qanunsuzluqdan söhbət gedə bilməz: “O baxımdan ki, nəinki deputat vəsiqəsi, ümumiyyətlə, heç bir vəsiqə girov qoyula bilməz. Rəfael Cəbrayılova 300 min dolları deputat vəsiqəsini girov almaqla verən sələmçi daha çox həmin vəsiqə vasitəsilə pulunu geri alacağını hesablayıb. Yəni deputat pulu verməyəndə sələmçi deputat vəsiqəsini ortaya çıxarır və Rəfael Cəbrayılovdan pulunu geri istəyir.

Rəfael Cəbrayılov da deyə bilmir ki, mən ondan pul almamışam. Ortaya sual çıxacaq ki, bəs sənin deputat vəsiqən sələmçidə nə gəzir? İş üzrə məhkəməyə müraciət olunsa, məhkəmə heç bir halda deputat vəsiqəsini girov hesab etməyəcək. Məsələnin daha çox mənəvi tərəfi var. Deputat vəsiqəsini girov qoyubsa, bu biabırçılıqdır. Sələmçilərdən hər cür hərəkət, şantaj gözləmək olar. Hər bir halda deputatın borcu niyə məhz sələmçidən götürdüyü də anlaşılmır. Çünki deputatın imkanı var ki, banklardan kredit alsın. Sələmçilərin faiz dərəcəsi bankların faiz dərəcəsindən qat-qat artıqdır. Sələmçilərə o şəxslər müraciət edir ki, onların adları banklarda ”qara siyahı"lardadır. Yəni banklardan pul alıb qaytarmayıblar.

Sələmçilərin faizləri bəzən 200-250 faizə çıxır. Rəfael Cəbrayılovun sələmçilərə üz tutmasının səbəbi də araşdırılmalıdır".

Hüquqşünas deyir ki, sələmçilər adi vəsiqə ilə kimsəyə pul verməzlər: “Deputat vəsiqəsinin girov qoyulması ajiotajını hesablayaraq Rafael Cəbrayılova sələmə pul verildiyini güman edirəm. Sələmçi fikirləşib ki, deputat ən azı, vəsiqəsinə görə pulu qaytarar. Əslində isə alınan pul girovsuz kreditdir. Bu kreditin heç bir təminatı yoxdur.

Məsələn, mən bir teleaparıcı tanıyıram, o da qatı sələmçidir. O da sələmi girovsuz-filansız tanınan şəxslərə verir. Belə hallarda ümid pulu alan şəxsin adının ləkələnməməsi üçün pulu qaytaracağınadır. Əks halda, onu biabır edərlər. Halbuki cəmiyyət həmin sələm verən şəxsləri yaxşı insanlar kimi tanıyır. Onların bir şantajçı olduqlarını bilmir. Rəfael Cəbrayılova sələmə pul verilərkən də ümid bu olub ki, o, adına, adının ləkələnməməsinə görə pulu qaytaracaq”.

Hüquqşünas deyir ki, sələmə pul vermək qanunla qadağan deyil. Amma həmin fəaliyyətə görə vergi ödəməmək cinayətdir: “Bax, elə həmin o məşhur teleaparıcı da vergi ödəmir. Sələmə pul verir, pul qazanır, amma dövlətin vergisini ödəmir. Azərbaycanda sələmçilər kütləvi şəkildə vergidən yayınırlar. Bu isə cinayətdir. Sələmə pul götürmək isə cinayət deyil. Rəfael Cəbrayılovun əməlində qanun pozuntusu yoxdur. Amma inanmıram ki, növbəti parlament seçkilərində onun namizədliyi qeydə alınsın”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar