Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Emin Millidən Əli Kərimliyə sərt sözlər - İstefa ver

Tarix: 22-09-2019 15:46     Baxış: 3178 A- / A+
Emin Millidən Əli Kərimliyə sərt sözlər - İstefa ver

Almaniyada yaşayan "Milli" ləqəbli Emin Abdullayev də Fuad Qəhrəmanlını və onu himayə etməyə cəhd edən AXCP sədri Əli Kərimlini sərt tənqid edib.

Manevr.az xəbər verir ki, o, sosial şəbəkədə "Barmaqlarımızı sındıranlar" başlıqlı status yazıb.

Emin Abdullayev qeyd edib: "Selcan xanımın cəsarəti mənə iyrəncliyin içində ümid verən bir işıqdır. Vicdanı olan, insanlığını hələ itirməyən hər kəs Selcanı müdafiə etməlidir, anasına dəstək olmalıdır. Öz qızının dizini sındıran və həyat yoldaşının barmaqlarını sındıran bir cinayətkar (Fuad Qəhrəmanlı) mütləq həbs edilməlidir və cəzasını almalıdır. Selcanın dediklərinə görə, Əli Kərimli onun anasına boşanmaqdan vaz keçməyi məsləhət görüb, uşaqlarının gələcəyi haqqında düşünməyi məsləhət bilib. Mənə görə bu, cinayətə bəraət qazandırmaqdır, zorakılığı dəstəkləməkdir. Dizini sındıran atası ilə o qızının hansı gələcəyi ola bilər? Əli Kərimli belə fikirlərə görə hamıdan üzr istəyib istefa verməli idi, AXCP üzvləri Fuad Qəhrəmanlı ilə bərabər, Əli Kərimlinin istefasını tələb etməli idilər".

E.Abdullayev vurğulayıb ki, AXCP-nin liderlərinin azadlıq, insan haqları, eləcə də demokratiya haqqında danışmağa heç bir mənəvi haqları yoxdur: "Bu iyrəncliyi dəstəkləyən, müdafiə edən istənilən şəxs potensial cinayyətkardır və totalitar düşüncəli məxluqdur. Biz azadlığı ilk növbədə gərək ailəmizdə qurmağı öyrənək. Öz ailəsində ailə üzvlərini döyəni hakimiyyətə gətirsək, bunlar bizi meydanlarda öldürərlər, dizlərimizi, barmaqlarımızı sındırarlar".

Xatırladaq ki, bu günlərdə AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı ailəsinə zorakı və qəddar münasibət göstərən atasını ifşa edib. İctimaiyyətin sərt tənqidlərindən sonra Fuad Qəhrəmanlı AXCP sədrinin müavinliyindən istefa verib.teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar