Sizin Reklam Burada
Xəbər lenti
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

Prezidentin yüksək vəzifəyə təyin etdiyi Mehriban İmanova kimdir? - Maraqlı DOSYE +ŞƏKİLLƏR

Tarix: 20-09-2019 19:46     Baxış: 3600 A- / A+
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Mehriban İmanova kimdir? - Maraqlı DOSYE +ŞƏKİLLƏR

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Mehriban İmanovanın Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Manevr.az xəbər verir ki, Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilən Mehriban Natiq qızı İmanova riyaziyyat üzrə fəlsəfə doktorudur.
Mehriban İmanova Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin həyat yoldaşı - professor Mehdiyeva Qalina Yuryevnanın müdir olduğu Baki Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Hesablama riyaziyyatı kafedrasının dosentidir.
Mehriban İmanova 26 fevral 1977-ci ildə Bakı şəhərində anadan olub. 1985-1995-ci illərdə Bakı şəhəri 236 saylı orta məktəbdə oxuyub.
1995-ci ildə Baki Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin bakalavr təhsil pilləsinə daxil olub və 1999-cu ildə oranı bitirib.
1999-cu ildə Baki Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin magistratura pilləsinə daxil olmuş və 2001-ci ildə oranı (Hesablama riyaziyyatı ixtisası) bitirib.
2003-2007-ci illərdə Baki Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin aspirantı olub.
2001-ci ildə Baki Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Hesablama riyaziyyatı kafedrasının baş laborantı kimi əmək fəaliyyətinə başlayıb.
2010-ci ildə namizədlik dissertasiya işini müdafiə edərək riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, iki övladı var.yeniavaz.com

Manevr.az
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Mehriban İmanova kimdir? - Maraqlı DOSYE +ŞƏKİLLƏR

Prezidentin yüksək vəzifəyə təyin etdiyi Mehriban İmanova kimdir? - Maraqlı DOSYE +ŞƏKİLLƏR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar