Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Ramiz Mehdiyev sabiq prezidenti sərt tənqid etdi: "Azərbaycan xalqını öz şəxsi əlaqələrinin xeyrinə satdı”

Tarix: 16-09-2019 19:50     Baxış: 3168 A- / A+
Ramiz Mehdiyev sabiq prezidenti sərt tənqid etdi: "Azərbaycan xalqını öz şəxsi əlaqələrinin xeyrinə satdı”

"Mixail Qorbaçov Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin əsas təşəbbüskarlarından biridir. Anlaşılmaz səbəblər üzündən, yaxud bilərəkdən tutduğu müşahidəçi rolu onu bu faciənin başlıca faktoruna çevirdi”.

Bu sözləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlərlə bağlı yazdığı "Ermənistan Vətəndaş Cəmiyyəti kontekstində Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” adlanan iri həcmli məqaləsində qeyd edib.

R. Mehdiyevin sözlərinə görə, məhz SSRİ-nin ilk və sonuncu prezidentinin münaqişə ilə bağlı tutduğu mövqe Sovet İttifaqının süqutuna gətirib çıxardı: "Məhz Qorbaçov tərəfindən təkcə Azərbaycan xalqının deyil, sovet vətəndaşlarının idealları və maraqları alçaqcasına satıldı. Bunu necə izah etməli? Onun vəziyyəti anlaya bilməməsi ilə, yoxsa əksinə, kimlərsə tərəfindən ölkənin dağıdılması üçün hazırlanmış planın ardıcıl və ciddi icraçısı olması ilə? Bu suala artıq tarix cavab verib. Qorbaçov SSRİ Konstitusiyasını kobud şəkildə pozaraq qəbul etdiyi qərarları ilə Dağlıq Qarabağ münaqişəsini açıq şəkildə dərinləşdirirdi”.

Akademik yazır ki, bu, prezident boşboğazlığının yumşalda bilməyəcəyi irimiqyaslı faciə idi: "Hay-küyçü "yenidənqurma” şüarı altında bir respublikanın tarixi və siyasi sərhədlərinə digərinin maraqları naminə ağılsızcasına yenidən baxmaq kultu, Ermənistan rəhbəri Dəmirçiyanın rəhbərliyi altında separatçıların azadlıq və müstəqillik haqqında yalançı və ikiüzlü bəyannamələri siyasi suverenliyin və tarixi ədalətin əsas prinsiplərinin üstünə kölgə saldı”.

Ramiz Mehdiyevin sözlərinə görə, baş verənlər şəraitlə üst-üstə düşərək, Dağlıq Qarabağ adlı bir dalanı formalaşdırdı.

Akademik yazır ki, o vaxtkı SSRİ rəhbərliyinin və şəxsən Mixail Qorbaçovun təqsiri üzündən münaqişənin başlanğıcında ədalətli həllə imkan verəcək siyasi xətti seçmək imkanı əldən buraxıldı:

"Problemin həllinin açarını tapmaq üçün ermənilərin Cənubi Qafqaza, xüsusi ilə Azərbaycanın tarixi ərazisi olan Dağlıq Qarabağa köçürülməsinin tarixini bilmək lazım idi. Bunlarla yanaşı, siyasi və dövlətçi müdrilkik olmalı idi. Qorbaçovda bunların heç biri yox idi. Məhdud düşüncəyə və erməni köməkçilərinin hipnozu altında olan Qorbaçov Azərbaycan xalqını öz şəxsi əlaqələrinin xeyrinə satdı”.

R. Mehdiyev vurğulayır ki, əgər həmin vaxt Heydər Əliyev SSRİ rəhbərliyində olsa idi, Dağlıq Qarabağ müharibəsi də baş verməzdi: "Siyasi Büroda Heydər Əliyev olsaydı, Qarabağ problemi də olmayacaqdı. Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdləri əvvələr də olmuşdu. Amma Heydər Əliyev erməni rəhbərliyinin bu cəhdlərinin qarşısını qətiyyətlə almışdı”.strateq.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar