Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Yararsız məhsullar yandırılaraq məhv edildi

Tarix: 12-09-2019 15:31     Baxış: 3170 A- / A+
Yararsız məhsullar yandırılaraq məhv edildi


Bu gün Dövlət Gömrük Komitəsinin müvafiq qurumları tərəfindən istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılan və qadağan olunan malların məhvetmə prosesi həyata keçirilib.

Manevr.az xəbər verir ki, ümumilikdə, aksiz markası ilə markalanmayan müxtəlif markalı 3867640 ədəd siqaret, 24733 ədəd fişəng və şənlik üçün prirotexniki vəsitələr, 2486 ədəd dərman preparatları, 2106 ədəd yararsız, müxtəlif markalı telefon və aksesuarları, 7846 litr alkoqollu və sərinləşdirici içkilər, 18240 kq ərzaq və qeyri ərzaq məhsulları, 3140 kq yuyucu vasitələr və müxtəlif növ məişət malları məhv edilib.

Qeyd edək ki, məhv edilən mallar 2018-2019-cu illərdə fiziki şəxslər tərəfindən Nazirlər Kabinetinin 305 saylı qərarı ilə müəyyənləşdirilən normalara əməl olunmadan gömrük sərhəddindən keçirilməyə cəhd göstərildiyi üçün müvvəqəti saxlanc anbarına qəbul edilən və saxlanc müddətində vətəndaşlar tərəfindən həmin malların geri götürülməsinə dair müraciət olunmayan, eyni zamanda istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılmış və qadağan olunmuş kateqoriyalarına aiddir.

Məhv edilən mallar arasında Ermənistan istehsallı, istifadəyə yararsız 209 ədəd müxtəlif növspirtli içkilər də olub. Müvafiq ekspert rəyi və məhkəmə qərarına əsasən məhvetmə prosesinə cəlb olunan mallar Sumqayıt şəhəri yaxınlığındakı ekoloji poliqonda DGK-nın müvafiq qurumlarının əməkdaşları və media nümayəndələrinin iştirakı ilə yandırılaraq məhv edilib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar