Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakı Gömrüyündə qalmaqal - 16 nəfər işdən qovuldu (TƏFƏRRÜAT)

Tarix: 07-09-2019 18:38     Baxış: 4168 A- / A+
Bakı Gömrüyündə qalmaqal - 16 nəfər işdən qovuldu (TƏFƏRRÜAT)


Bir neçə gün öncə Bakı Baş Gömrük İdarəsinin qarşısında insident yaşanıb.

Manevr.az-ın sfera.az-a istinadla verdiyi xəbərə görə, 50 min manat rüsum ödəməsinə baxmayaraq bir aydır ki malını təhvil ala bilməyən iş adamı Mədət Quluzadənin bütün etirazları qulaqardına vurulub. Nə rüsumunu ödədiyi malı, nə də rüsum olaraq ödədiyi 50 min manat pulunu geri ala bilməyən Mədət Quluzadə son çarəni özünü yandırmaqda görüb.

İş adamı bu qorxunc istəyini gerçəkləşdirmək istəyəndə Bakı Baş Gömrük İdarəsinin əməkdaşları ona mane olmağa və intiharçını idarənin binasına salmaqla faciəli sonluğun qarşısını almağa nail olublar.

Hadisədən xəbər tutan DGK sədri Səfər Mehdiyev dərhal hadisə yerinə gəlib. Burada hüquqları pozulmuş sahibkarların təzyiqi ilə qarşılaşan komitə sədri onları inandırmağa çalışıb ki, bir daha bu kimi hallar təkrarlanmayacaq. Səfər Mehdiyev həmçinin ora toplaşanlardan baş vermiş olayın ictimailəşməməsini də xahiş edib. Baş vermiş hadisəyə görə 16 əməkdaşın gömrük orqanlarından xaric edilməsi də daxil olan məlumatlar arasındadır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar