Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Uşaq pulu" ilə bağlı YENİ XƏBƏR - VİDEO

Tarix: 05-09-2019 09:58     Baxış: 3182 A- / A+
"Uşaq pulu" ilə bağlı YENİ XƏBƏR


2006-cı il 1 iyun tarixindən etibarən Azərbaycanda uşaqlar üçün müavinət verilmir.

Manevr.az xəzər TV-yə istinadən xəbər verir ki, həmin dövrdə müavinətin ləğvi ünvanlı sosial yardımın tətbiqi, uşaqlar üçün verilən pulun məbləğinin çox aşağı olması ilə əsaslandırılmışdı.

Lakin son vaxtlar uşaqlar üçün verilən müavinətin bərpası məsələsi mütəmadi olaraq gündəmə gətirilir. Mövzunu siyasiləşdirib iqtidara qarşı istifadə etmə cəhdləri intensivləşib.

Uşaq pulunun bərpa edilməsi ilə bağlı son dövrlər müzakirələr aparılır. Bu vəsaitin yenidən vətəndaşlara verilməsi üçün fərqli təkliflər irəli sürülür.

İlk növbədə onu qeyd etmək lazımdır ki, uşaq pulları inkişaf etmiş ölkələrdə verilir və əhalinin azalmasının qarşını almaq üçün görülən stimullaşdırıcı tədbir xarakteri daşıyır. Azərbaycanda isə əhalinin azalması kimi hal yoxdur.

Millət vəkili Aydın Hüseynov deyir ki, uşaq pulunun bərpa edilməsi üçün lazım olan digər tələblər də Azərbaycanda aktual deyil.

Millət vəkili qeyd edir ki, uşaq pulu adlanan vəsait Sosialist düşərgəsinə daxil olan keçmiş ölkələrin bəzisində isə hələ də aztəminatlı, çoxuşaqlı ailələrə sosial yardım məqsədilə verilir.

Azərbaycanda aztəminatlı ailələrin rifah halının yaxşılaşdırılması məqsədilə ciddi tədbirlər həyata keçirilir.

Ölkədə nəinki aztəminatlı ailələr, digər təbəqədən olan insanların da inkişafı naminə ciddi layihə və proqramlar var.

Aydın Hüseynovun sözlərinə görə, bu tipli təkliflərin irəli sürülməsi ölkənin uğurlarını həzm edə bilməyən qüvvələrin növbəti uğursuz addımıdır.

Aydın Hüseynov vurğulayıb ki,uşaq pulu mövzusu ətrafında müzakirələr manipulyativdir. Azərbaycan hökuməti həyata keçirdiyi siyasətlə ali məqsədinin nə olduğunu hər dəfə sübut edir.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar