Sizin Reklam Burada
Xəbər lenti
17 sentyabr
16 sentyabr
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda da satılan bu cipsilərin tərkibindəki maddə İNSANI KOR EDİR… – Həkim AÇIQLADI

Tarix: 04-09-2019 15:08     Baxış: 3101 A- / A+
Azərbaycanda da satılan bu cipsilərin tərkibindəki maddə İNSANI KOR EDİR… – Həkim AÇIQLADI


Hamımız qazlı içkilərin və fast-food qidalarının çox zərərli olduğu barədə tez-tez eşidirk. Ancaq bu fəsadların nələr ola biləcəyini konkret bilmədiyimiz üçün təhlükəli qidaları qəbul etməyə davam edirik.

Bəs bilirdinizmi ki, bu cür qidalar karlığa, hətta korluğa səbəb ola bilər.

Manevr.az xəbər verir ki, həkim-dietoloq Nərgiz Nəzirova “Yeni Sabah”a orqanizmə zərərli qidalardan danışıb:

“Fast-food”un insan orqanizminə, metabolizminə çox böyük fəsadları var. Fast-food və qazlı içkilər insanda asılılıq yaradır. “Fast-food”la qidalanan insanların bağırsaqlarında metabolizm prosesinde iştirak edən lazımlı bakteriyalar məhv olur. Bu isə çəkinin artmasına və piylənməyə gətirir. Bu önəmli olan mikroblar yalnız həzm prosesini idarə etmirlər, bizim orqanizmə kaloriləri nəzarət altında saxlamağa kömək edirlər. Hərdən bir yeyilən zaman çox da ziyan vurmur. Ancaq “fast-food”un tərkibində olan kimyəvi maddələr bu yemeklərə xüsusi dad verir ki, bir müddət sonra insan onlardan imtina edə bilmir”.

Diotoloqun sözlərinə görə, ən böyük yük uşaq orqanizminə düşür. Valideyinlər öz övladlarına bu qidaları alarkən gələcəkdə yaşana biləcək problemləri heç ağıllarına gətirə bilmirlər. Belə qidalar qəbul edən insanlarda artıq çəki və piylənmədən başqa öd kisəsində daşların əmələ gəlməsi, böyrəklərdə müxtəlif problemlər, ateroskleroz, xolesterinin yüksəlməsi, qanda şəkərin miqdarının yüksəlməsi, hipertoniya, qara ciyər və mədəaltı vəzi xəstəlikləri, karies, xoralar və qastrit kimi xəstəliklər aşkarlana bilər”.

– Ötən günlərdə Böyük Britaniyada gənc oglan 10 il fasiləsiz olaraq cipsi və qazlı içki ilə qidalandığı üçün görmə və eşitmə qabiliyyətini itirib. Həqiqətən də bu mümkündürmü?

“Bəli, böyük ehtimalla bu halda insan kor ola bilər. Bütün “fast-food” qidalarına, xüsusən də cipsilərə böyük miqdarda qida aromatizatorları və dad əlavələri qatılır ki, bu həm dad, həm iştahaçan qoxu verir, beləliklə də asılılıq yaradır. Qida aromatizatorları və dad əlavələri təbii də olur, süni də olur. Amma sintetik daha ucuz başa gəlir. Cipsilərin tərkibində ən əsas çox istifadə olunan dad əlavəsi “monosodium glutamate”dir. Bir çox ərzağın tərkibində MSG kimi qeyd olunur, onun Avropa kodu isə “E621″dir. Bu əlavə olan qidaları həddindən artıq qəbul etdikdə, alzaymer xəstəliyinin yaranması, böyrək çatışmazlığı, həzm problemləri, bronxial astma, müxtəlif allergik reaksiyalarla üzləşə bilərsiniz. Ən əsası isə bu “monosodium glutamate” görmə qabiliyyətinə böyük zərbə vurur. Bu maddə göz retinasının strukturunu pozur, sonra isə korluğa gətirib çıxarır”.

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar