Sizin Reklam Burada
Xəbər lenti
17-04-2024
16-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda yarasalarla bağlı araşdırmalara başlanıldı

Tarix: 04-09-2019 10:09     Baxış: 3182 A- / A+
Azərbaycanda yarasalarla bağlı araşdırmalara başlanıldı


Azərbaycanda yayılmış yarasalarda zoonoz xəstəliklərin tədqiqi ilə bağlı araşdırmalara başlanılıb.

Manevr.az xeberoxu.az-ın məlumatına görəbildirirki, 2019-cu ilin iyun ayında AMEA-nın Zoologiya İnstitutu və ABŞ-nın EcoHealth Alliance (EHA) təşkilatı arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Sənədə əsasən, bu ilin sentyabr ayında Azərbaycanda yayılmış yarasalarda zoonoz xəstəliklərin tədqiqi ilə bağlı çöl işlərinə başlanılıb. Layihə biologiya üzrə fəlsəfə doktoru, yarasalar üzrə ekspert Nicat Həsənovun koordinatorluğu və Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının əməkdaşlarının bilavasitə iştirakı ilə həyata keçirilir.

Azərbaycanda çöl işləri 2019-2021-ci illəri əhatə edəcək. Tədqiqatlar zamanı yarasalar ilə əlaqədar virusları müəyyənləşdirmək məqsədilə fərdlərin canlı olaraq tutulması, onlardan oral və rektal yaxmaların, həmçinin qanad biopsiyası (DNT nümunəsi) və qan nümunələrinin götürülməsi nəzərdə tutulur.

Qeyd edək ki, EHA - canlı təbiətin və ictimai sağlamlığın mühafizəsini həyata keçirən qlobal qeyri-kommersiya təşkilatıdır. Qurum 2017-ci ildə Qərbi Asiya Yarasalar üzrə Elmi-Tədqiqat Şəbəkəsi tərəfindən təsis edilib. EHA 40 ildən artıqdır ki, yaranan zoonoz xəstəliklər və qlobal sağlamlıq imkanlarının artırılması üzrə 30-dan artıq ölkədə yerli partnyorlarla elmi-tədqiqat işləri həyata keçirir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar