Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

"500 manat ver, yazaq..." - Məhkəmə qərarını saymayan DYP və gömrükdə polkovnikin başına oyun açdılar

Tarix: 29-08-2019 21:22     Baxış: 2229 A- / A+
"500 manat ver, yazaq..." - Məhkəmə qərarını saymayan DYP və gömrükdə polkovnikin başına oyun açdılar


Azərbaycan Prezidenti dövlətin müxtəlif qurumlarına rəhbərlik edən şəxslərə, onların tabeliyində çalışan səlahiyyət sahiblərinə dəfələrlə xəbərdarlıqlar etsə də, ölkədəki məmur özbaşınalıqlarına, korrupsiya və rüşvətxorluq əməllərinə son qoyulmur, vətəndaşlara qarşı süründürməçilik davam edir.

Manevr.az reyting.az-a istinadən xəbər verir ki, belə qanunsuzluqla üzləşənlərdən biri də ehtiyatda olan polkovnik-leytenant, təhlükəszilik üzrə ekspert, Qarabağ müharibəsinin 2-ci qrup əlili İlham İsmayıldır.

İlham İsmayıl 16 ildir sürdüyü və artıq köhnəlmiş avtomobilini satmaq istəyərkən məmur özbaşınalığı ilə üzləşib.

Səlahiyyət sahibləri müxtəlif bəhanələrlə ondan qanunun tələb etmədiyi əlavə vəsit alıblar:

"Sürdüyüm avtomobilin xərci çox olduğu üçün onu satmağa qərar verdim. Xaricə getdiyim üçün işləri tələsik görmək lazım idi. Amma avtomobili başqa ada keçirən Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi mənə iki irad bildirdi”.

Baş Dövlət Yol Polisi İdarəsində (DYP) İlham İsmayıla bildirilən iradlardan biri 2014-cü ildə (?) adına 300 manat cərimənin olmasıdır və onun ödənməsi tələb edilib. Əslində isə bu cərimə məhkəmə qərarı ilə olduğu üçün İ. İsmayıl bunu həmin il ödəyib.

O, bu barədə DYP əməkdaşlarına məlumat versə də, onunla razılaşmayıblar. İ. İsmayıl bundan sonra müvafiq qərarı verən Yasamal Rayon Məhkəməsinə və icra müfəttişliyinə müraciət edib:

"Həmin qurumlar mənimlə razılaşıb cəriməni ödədiyimi təsdiq etdilər və müvafiq məktub verdilər. Məktub təcili olaraq yol polisinə çatdırıldı. Yol polisi məktubdan dilxor olsa da, fikrindən dönmədi. Dedilər ki, məhkəmə konkret hansı cəriməni ödədiyinizi göstərmədiyi üçün avtomobilin sənədlərini başqasının adına verə bilmərik”.

Bundan sonra İ. İsmayıl həmin 300 manatı yenidən ödəməli olub. Amma ödənən vəsaitə görə qəbz ala bilməyib:

"Qəbz istədik, hörmətli Ramiz Zeynalovun (Respublika DYP-nin rəisini nəzərdə tutur-red.) tabeliyindəki işçilər qəbz verməkdən imtina etdilər. Burda Yasamal Rayon Məhkəməsinin icra şöbəsinin verdiyi məktubun uyğun olmadığını hələ icra məmurunun otağında bildirsək də, məmur "uzağı 50 manat verin, həll etsinlər”,- demişdi. Bu, Ədliyyə Nazirliyi ilə Dövlət Yol Polisi arasında danışılmış bir kombinasiyadır. Avtomobili alan şəxsi narazı salmamaq üçün məmurların bütün qanunsuz tələblərini yerinə yetirmək məcburiyyətində qalırdıq”.

Problem bununla da həllini tapmayıb. Çünki satılan 16 ilin avtomobili olduğu üçün mühərriki tam sıradan çıxdığından 2017-ci ildə ona yeni mühərrik qoyulub. Belə olduqda qanunla dövlətə 75 manat ödənilir və texniki pasportda yeni mühərrikin nömrələri yazılır. Amma DYP əməkdaşları bu məsələdə də dirəniş göstəriblər: "500 manat verin, yazaq”, - dedilər. Çək-çevir və tam alverçi xisləti ilə yol polisi əməkdaşları bizdən 400 manat aldılar və heç bir qəbz vermədilər. Tələb olunan vəsaitə görə mübahisə etdikdə isə, DYP əməkdaşları bu pulun onlara aid olmadığını və "yuxarılara” çatacağını tez-tez təkrarlayırdılar. Bu "yuxarılar” haradır? Baş Dövlət Yol Polisi İdarəsinin rəisi? Pul kimə çatır, cənablar?

Qərəz, 6 il idarə etdiyim və çox pis vəziyyətdə olan 2003-cü il istehsalı, "BMW 525”, 90-MX-357 dövlət qeydiyyat nişanlı avtomobilimi başqa ada keçirmək üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Dövlət Yol Polisi İdarəsi birləşib məndən 700 manat "oğurladılar”. Bəli, məhz Şedrinin dediyi kimi "oğurladılar”. Axı, bir cərimə üçün niyə iki dəfə pul ödəməlyəm? Biri oğurlandı”.

İş bununla bitməyib.

İ. İsmayıl fikirləşib ki, satdığı avtomobilin puluna Hollandiyadan gətirilmiş 10 illik bir maşını gömrük qeydiyyatından keçirib, nəhayət, qismən avtomobilini yeniləyə bilər:

"Gömrük Komitəsinin internet sistemində gömrük qiymətləri ilə tanış olub, "Meyvəli” deyilən yerə yollandım. İnternetdəki qanunlara görə bu avtomobilə Azərbaycanda 7 min manat gömrük rüsumu ödənməli idi. Bu yerin aurası ümumiyyətlə tam bazarı xatırladır. Bürokratiya həddən aşmış səviyyədədir. Bu öz yerində, avtomobilin sənədləri ilə tanış olub, gömrük işçiləri özlərinin dediyi kimi mənə "qiymət oxudular” -10135 manat. "Mübahisə yersizdir, sistem belədir, hara istəyirsiz deyin”, -söyləyib, söhbətə qəti yekun vuruldu”.

İ. İsmayıl xaricə səfər etdiyi üçün avtomobilə "Etibarnamə”ni yaxın qohumunun adına rəsmiləşdirərək səfərə gedib. Amma məmurlar burda da onun pulunu oğurlayıblar.

İ. İsmayıl yazır ki, yəqin Ədliyyə Nazirliyinin və Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərləri üçün 700 manat, Gömrük Komitəsinin rəhbəri üçün isə 3135 manat önəmli rəqəmlər deyil, heç bir qadın çantasının pulu da eləmir: "Amma, bu vəsait gözlərimin nurunun itdiyi, başımın ağrıması qarşılığında səhifələrlə etdiyim tərcümələrdən qazandığım gəlirdir. O tərcümə ki, dövlət nə vaxtsa bundan istifadə edəcək. Avropa Şurasının qəbul etdiyi sənədlər, Avropa İnsan haqları Konvensiyasının qətnamələri... siz belə şeyləri bilməzsiniz, cənablar. Sizin heç "Konvensiya” sözünü də sonadək dərk etməyiniz şübhə yaradır”.

Təhlükəsizlik zabiti üzləşdiyi bu qanunsuzluğa görə məhkəməyə müraciət etmək istəsə də, hələ tərəddüd edir. Deyir ki, kimə kimdən şikayət edirəm axı? Bu səbəbdən də xaricdən qayıtdıqdan sonra bəlkə də üfüqdə Avropa Məhkəməsini fikirləşib addımlar atası oldu: "Ya da "Qraf Monte Kristo” restoranında Dümanın qəhrəmanları kimi "ədalətin bərpası qisasdan keçir” mövzusunda diskussiya açdıq”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar