Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan adından qrant alan qurumlar hesabat verəcək - QƏRAR

Tarix: 25-08-2019 09:45     Baxış: 4230 A- / A+
Azərbaycan adından qrant alan qurumlar hesabat verəcək - QƏRAR


Nazirlər Kabineti "Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Hökuməti adından alınan texniki yardım və ya qrant hesabına həyata keçirilən layihələrə dair dövri hesabat forması”nın və "Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Hökuməti adından alınan texniki yardım və ya qrant hesabına həyata keçirilən layihələrə dair yekun hesabat forması”nın təsdiq edilməsi barədə" qərar verib.

Manevr.az xəbər verir ki, qərara əsasən, mərkəzi icra hakimiyyəti orqanlarına və dövlətə məxsus müəssisələrinə tapşırılıb ki, Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Hökuməti adından alınan texniki yardım və ya qrant hesabına həyata keçirilən layihələrin icrasına dair illik dövr üzrə dövri hesabatı kağız və elektron daşıyıcılarda təsdiq olunmuş formaya uyğun olaraq, müvafiq hesabat dövründən sonrakı 10 gün müddətində İqtisadiyyat Nazirliyinə təqdim etsinlər.

Mərkəzi icra hakimiyyəti orqanları və dövlətə məxsus müəssisələr Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Hökuməti adından alınan texniki yardım və ya qrant hesabına həyata keçirilən layihələrə dair yekun hesabatı kağız və elektron daşıyıcılarda təsdiq olunmuş formaya uyğun olaraq layihə bitdikdən sonra 20 gün müddətində İqtisadiyyat Nazirliyinə göndərməli və sonrakı 30 gün müddətində İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla, Nazirlər Kabinetinə təqdim etməlidirlər.

İqtisadiyyat Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanları və dövlətə məxsus müəssisələr tərəfindən təsdiq olunmuş formaya uyğun olaraq təqdim edilmiş məlumatları ümumiləşdirib, illik hesabat şəklində kağız və elektron daşıyıcılarda (həmçinin, ümumiləşdirilmiş məlumatları slaydlarda olmaqla təqdimat formatında) müvafiq hesabat dövründən sonra 1 ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Qeyd edək ki, bu qərarın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Maliyyə və iqtisadiyyat məsələləri şöbəsinə həvalə edilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar