Sizin Reklam Burada
Xəbər lenti
13 noyabr
12 noyabr
BÜTÜN XƏBƏRLƏR

Qarabağda qondarma seçkilər - Beynəlxalq təşkilata çağırış

Tarix: 22-08-2019 21:40     Baxış: 425 A- / A+
Qarabağda qondarma seçkilər - Beynəlxalq təşkilata çağırış

Ermənistan KİV-nin məlumatına görə, Ermənistan hökuməti qondarma Dağlıq Qarabağ Respublikasında qondarma seçkilərin müşahidəsi üçün vətəndaş cəmiyyətinə təxminən 70 min dolar, 34 milyon dram vəsait ayırıb. Bu məlumatlara görə, Beynəlxalq Şəffaflıq Təşkilatının Ermənistan Milli Bölməsi də bu vəsaiti alacaq və müşahidəni həyata keçirəcək təşkilatların sırasında yer alır.

Beynəlxalq Şəffaflıq Təşkilatının Azərbaycan Milli Bölməsi - “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Əliməmməd Nuriyev məsələ ilə bağlı açıqlama yayıb.

Manevr.az xəbər verir ki,teleqraf.com-a daxil olan açıqlamada qeyd olunur: "Beynəlxalq Şəffaflıq Təşkilatının Azərbaycan Milli Bölməsi olaraq bəyan edirik ki, bu qətiyyən yolverilməzdir və bu informasiyalar dorğudursa Beynəlxalq Şəffaflıq Təşkilatı dərhal və qətiyyətli şəkildə bu avantürist təşəbbüsün qarşısını almalıdır. Biz dərhal Beynəlxalq Şəffaflıq Təşkilatına müraciət edəcəyik, bu məsələnin dəqiqləşdirilməsinə çalışacağıq və Ermənistan Milli Bölməsinin bu addımının qarşısını alacağıq. Hesab edirik ki, Beynəlxalq Şəffaflıq Təşkilatı dərhal bu məsələ ilə bağı araşdırma aparmalıdır və əgər bu məlumatlar doğrudursa Ermənistan Milli bölməsinə qarşı müvafiq tədbirlər görülüməldir. BMT, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar, dünya ölkələri birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyıblar. Dağlıq Qarabağ Azərbaycan ərazisidir və Ermənistan tərəfindən işğal olunub. Qondarma Dağlıq Qarabağ Respublikası dünyada heç bir ölkə tərəfindən tanınmayıb və Beynəlxalq Şəffaflıq Təşkilatının Ermənistan Milli Bölməsinin bu addımı separatizmə, terrorçuluğa dəstək kimi qiymətləndirilə bilər. Beynəlxalq Şəffaflıq Təşkilatı bu cür təşəbbüsə dəstək verə bilməz, dözümlü yanaşa bilməz və beynəlxalq hüquq prinsiplərinə hər zaman hörmətlə yanaşan bu təşkilat öz mövqeyini ortaya qoymalıdır. Beynəlxalq Şəffafqlı Təşkilatı siyasi proseslərlə bağlı məsələlərdə iştirak etmir, seçki müşahidəçiliyi də bura daxildir. Beynəlxalq Şəffaflıq Təşkilatı seçki müşahidəçiliyini həyata keçirmir. Ermənistan Milli Bölməsinin bu addımı yolverilməzdir".

Açıqlamada həmçinin bildirilir ki, əgər bu məlumatlar düzdürsə Ermənistan Milli Bölməsinə qarşı elə tədbirlər görülməlidir ki, separatizmi, terrorçuluğu təşviq edən, işğal faktına haqq qazandıran bu addım presedent yaratmasın: "Söhbət Beynəlxalq Şəffaflıq Təşkilatının mövqeyindən, reputasiyası və obyektivliyindən gedir və əminik ki, təşkilat öz qəti mövqeyini açıqlayacaq. Azərbaycan Milli Bölməsi olaraq prinisipal mövqeyimiz bundan ibarətdir və Ermənistan Milli Bölməsinə qarşı müvfiq tədbirlər görülənə qədər bu istiqamətdə səylərmiz davam edəcək. İstisna etmirik ki, ermənilər yenə öz ənənəvi tərz və siyasətlərinə sadiq qalaraq Beynəlxalq Şəffaflıq Təşkilatını da fakt qarşısında qoymağa, təxribata çəkməyə çalışırlar. İstənilən halda bu cəhdlər heç bir nəticə verməyəcək".

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar