Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Müxalifət dəfnə gəlməsin” deyən Qabil Hüseynliyə YAP-dan REAKSİYA

Tarix: 21-08-2019 11:31     Baxış: 4330 A- / A+
“Müxalifət dəfnə gəlməsin” deyən Qabil Hüseynliyə YAP-dan REAKSİYA


Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyevin qayınatası, keçmiş dövlət müşaviri Qabil Hüseynlinin mərhumla vida mərasimi barədə çağırışı ictimai rəydə müzakirələrə səbəb olub.

Qabil Hüseynli bildirib ki, müxtəlif siyasi partiyaların tədbirə qatılmaq və mərasim vasitəsilə siyasi divident qazanmaq istəkləri barədə məlumata malikdir. Bu baxımdan, həmin qüvvələrdən tədbirə qatılmamağı xahiş edib.

İctimai rəydə Qabil Hüseynlinin bu çağırışının müxalifətə ünvanladığı qənaəti hakim kəsilib və pilotun qyınatası sərt tənqidə məruz qalıb. Digər tərəfdən belə iddialar var ki, Qabil Hüseynli bu çağırışı hakimiyyətin təhriki ilə edib.

Manevr.az xəbər verir ki, hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibliyinin şöbə müdiri, millət vəkili Aydın Mirzəzadə isə "Yeni Sabah”a açıqlamasında bu iddiaları təkzib edib.

"Qabil Hüseynlinin məlum çağırışı hakimiyyətin təhriki etməsi barədə iddiaların heç bir əsası yoxdur. Qabil Hüseynli uzun müddətdir aktiv siyasətlə məşğuldur və siyasi çevrələri yaxından tanıyır. Görünür onda hansısa narahatlıq olub və bu baxımdan belə çağırış edib. O heç kimi ittiham etməyib və heç kəsə mərasimə qatılmağı yasaqlamayıb”, - deyə Aydın Mirzəzadə bildirib.

YAP rəsmisi əlavə edib ki, bu tip məsələlərdə iqtidar-müxalifət bölücülüyü olmamalıdır. "İnsani məsələlərdə bu cür düşünmək yanlışdır. Bu, xeyir işlərə də, yas mərasimlərinə də aiddir. Mən özüm bir neçə il əvvəl müxalifətin tanınmış simalarından olan İkram İsrafilin oğlunun toy məclisində iştirak etmişəm. Yaxud bir müddət əvvəl mərhum prezident Əbülfəz Elçibəyin xanımının yas mərasiminə qatılmışam. Orada müxtəlif siyasi qrupların nümayəndələri də var idi. Hesab edirəm ki, belə məsələlərdə bölücülük yaxşı hal deyil. Bu bizim mənəvi dəyərlərimizə də ziddir”,- deyə Aydın Mirzəzadə vurğulayıb.

Qabil Hüseynlinin çağırışına müxalifətdən də reaksiya gəlib. Müsavat başqanı Arif Hacılı bu barədə "Facebook”səhifəsində yazıb: "Şəhid pilotumuz, Rəşad Atakişiyev bu gün dəfn olunacaq. Gənc yaşında belə böyük mütəxəssisin, yüksək rütbəli zabitin yetişməsi istedadın, intellektin, illərlə çəkilən zəhmətin nəticəsi idi.

İtirdik. Azərbaycan itirdi.

Rəşad Atakişiyevin itkisi yalnız onun ailəsinə, yaxınlarına aid olan bir məsələ deyil.

Dəfn mərasimində iştirak edənlər də etməyənlər də bu kədərə şərikdir.

Bu hadisədən də siyasi məqsəd güdənlərin davranışı bizim şəhidimizə münasibətimizi dəyişməz.

Dəfndə iştirak etmərik, sonra məzarı başında anarıq. Əsas odur ki, unutmarıq.

Ruhun şad olsun vətən oğlu. Rahat uyu.

Allah rəhmət eləsin”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar