Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Gülnara Kərimovaya qarşı yeni cinayət işi açılıb

Tarix: 20-08-2019 13:49     Baxış: 4134 A- / A+
Gülnara Kərimovaya qarşı yeni cinayət işi açılıb


Özbəkistanın Baş prokurorluğu ölkənin birinci prezidenti İslam Kərimovun böyük qızı Gülnara Kərimovaya qarşı yeni cinayət işi açıb.

AZƏRTAC Baş prokurorluğun mətbuat xidmətinə istinadla xəbər verir ki, Gülnara Kərimova "Kuvaysement” və "Bekabadsement” zavodlarının səhmlərini çox aşağı qiymətə alıb və sonradan bu səhmləri yüksək qiymətə xarici sahibkarlara satıb, bununla da dövlətə külli miqdarda maddi ziyan vurub.

Xatırladaq ki, 2015-ci ildə Gülnarə Kərimova vergidən yayınmaqda, dələduzluq, soyğunçuluq, gömrük qanunvericiliyinin və iqtisadi hüquqların pozulması, saxta sənədlərin hazırlanması, qanunsuz gəlirlərin rəsmiləşdirilməsi maddələri üzrə ittiham olunaraq beş il müddətinə azadlıqdan məhrum edilib. Ötən ilin yayında isə ev dustaqlığına buraxılıb. Bu günlərdə Daşkənddə ev dustaqlığından yenidən ümumi rejimli həbsxanaya köçürülüb.

G.Kərimovanın Özbəkistana vurduğu zərər 2 milyard dollar həcmindədir. Bu günə qədər Özbəkistan onun 12 ölkədə, o cümlədən Rusiyada olan 1,5 milyard dollar həcmindəki aktivlərinə həbs qoyub.

Gülnara Kərimova indiyədək Özbəkistana cəmi 32 milyon dollar qaytarıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar