Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Bu günə kimi Rəsulzadənin adıyla savaş aparan heç bir kəs qalib gəlməyib...”

Tarix: 15-08-2019 18:24     Baxış: 3138 A- / A+
“Bu günə kimi Rəsulzadənin adıyla savaş aparan heç bir kəs qalib gəlməyib...”

Xəbər verdiyimiz kimi Palmali Holdinqin istifadəyə verdiyi “Mammad Amin Rasulzadeh” gəmisi qəzaya uğrayıb. Bildirilir ki, gəmi dayandığı yerdə başqa gəmi tərəfindən vurulub.

Məsələyə münasibət bildirən tarix elmləri doktoru Nəsiman Yaqublu moderator.az-a açıqlamasında baş verənlərdən təəssüf hissi keçirdiyini bildirdi:

“M.Ə.Rəsuzaldənin adına gəminin hazırlanması və suya buraxılması ona böyük bir hörmətdir. Onun adının təbliğatı üçün böyük imkandır və bunu edən hər bir kəsə, o cümlədən Mübariz bəyə biz təşəkkür edirik. Sadəcə olaraq gəminin vurulmasının səbəbin bilmirəm və ona görə də bu haqda danışmaq çətindi. Məsələ ondan ibarətdir ki, gəminin vurulması təbii ki, yaxşı hadisə deyil. Düşünürəm ki, məsələ araşdırmalardan sonra öz həqiqi cavabını tapacaq”.

N.Yaqublu deyib ki, M.Ə.Rəsulzadə adıyla savaş aparman heç bir kəs qalib gəlməyib:

“Əgər bu düşünülmüş bir həkətdirsə, təbii ki, M.Ə.Rəsulzadəyə qarşı hörmətsizlikdir. Sovet rejimi yetmiş ildən çox M.Ə.Rəsulzadəyə qarşı buna oxşar və başqa cür təxribatlar yürütdü, amma nəticədə Rəsulzadə yenə qalib gəldi. Yəni M.Ə.Rəsulzadənin adıyla savaş aparan heç bir kəs qalib gəlməyib. Düşünürəm ki, faktı dəqiqləşdirdikdən sonra daha dəqiq danışmaq mümkündür. M.Ə.Rəsulzadənin adıyla bağlı təbliğat işlərinin aparılması isə hər bir vətəndaşın borcudur və bunu biz ancaq alqışlayırıq”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar