Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Deputat Ordumuzun sərhəddə yeni əraziləri nəzarətə götürməsi barədə DANIŞDI

Tarix: 14-08-2019 12:46     Baxış: 4171 A- / A+
Deputat Ordumuzun sərhəddə yeni əraziləri nəzarətə götürməsi barədə DANIŞDI

“Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Ermənistan-Azərbaycan dövlət sərhədinin Qazax rayonu istiqamətində döyüş mövqelərini irəli çəkməsi başlanan prosesin davamıdır. Azərbaycan ordusu bundan əvvəl də müəyyən əraziləri nəzarətə götürüb. Bu proses davam edir. Bilirsiniz ki, qarşı tərəfdə kəndlərimiz var, yandırılıb... Bir sözlə, biz hazırlaşmalıyıq, torpaqlarımızı işğaldan azad etmək üçün hazır vəziyyətdə olmalıyıq”.

Manevr.az xəbər verir ki, bunu report-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov deyib.

S.Novruzov xatırladıb ki, bir neçə gün öncə gənc əsgərlərin andiçmə mərasimində iştirak edib: “Yeməkxanalara baxış keçirdik. Xüsusi ilə qeyd etmək istərdim ki, hərbi hissələrdə bəzi işlərin mülki şəxslərə tapşırılması çox önəmlidir. Çünki o işləri əsgərlər görməməlidir. Məsələn, yeməklərin bişirilməsi və s. işlər bura daxildir”.

YAP rəsmisi bildirib ki, Azərbaycan ordusu yüksək səviyyədə qurulub: "Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə hər bir məsələ öz həlini tapır. Bu, həm maddi-texniki bazanın gücləndirilməsi, həm də əsgərlərin döyüş ruhunun artırılması işində görünür. Hərbi hissələr ərzaq təminatı ilə ən yüksək səviyyədə təmin olunur".

S.Novruzov vurğulayıb ki, Müdafiə Nazirliyində dəyişiklikdən sonra nazirliyin rəhbər heyəti hərbi hissələrə mütəmadi baxış keçirir, ön xəttə gedirlər: "Bu, əsgərləri də, valideynləri də ruhlandırır. Ordu haqqında yazılan neqativ yazılar yalandan, böhtandan ibarətdir. Azərbaycan ordusunda inkişaf göz qabağındadır. Yəni Azərbaycan ordusu NATO standartlarına tam uyğundur. Bu proses davam etdirilir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar