Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Paşinyan ABŞ-da Azərbaycana qarşı təxribata hazırlaşır - Ekspertdən xəbərdarlıq

Tarix: 13-08-2019 13:07     Baxış: 3256 A- / A+
Paşinyan ABŞ-da Azərbaycana qarşı təxribata hazırlaşır - Ekspertdən xəbərdarlıq


“Ermənistanın baş naziri Nikol Paşinyan Amerikaya səfərə hazırlaşır. O, sentyabrın 22-də ABŞ-ın Los-Anceles şəhərində ermənilər qarşısında çıxış etməyi planlaşdırır”.

Manevr.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, Los-Anceles İrəvandan sonra bəlkə də ermənilərin ən çox olduğu şəhərlərdən biridir:
“Aydındır ki, görüşə Kaliforniyanın digər şəhərlərində yaşayan ermənilər də qatılacaq. Bunun üçün artıq hazırlıq işlərinə başlanılıb. Paşinyanın Amerikadakı ermənilərlə görüşünün bir neçə məqsədi var.

Birincisi, Paşinyana Ermənistanda nəyisə dəyişmək üçün pul lazımdır. Beynəlxalq maliyyə təşkilatları və böyük dövlətlər Paşinyana bu bir ildə pul vermədilər. Ona görə də Paşinyanın yeganə ümidi varlı erməni diasporunun üzvlərinədir. Paşinyan Los-Ancelesdəki çıxışında açıq pul dilənməsə də, erməni diasporunun Amerikadakı nümayəndələri ilə qapalı görüşlərində bu mövzudan yan keçməyəcək. Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sərkisyan xaricdə pulu əsasən doğulduqları və separatçılığa başladıqları Dağlıq Qarabağın ehtiyacları üçün istəyirdilər. Paşinyanın belə bir dərdi yoxdur, tam əksinə Qarabağ separatçıları onunla ixtilaf içində olduğu müddətdə onun Dağlıq Qarabağ üçün xüsusi olaraq maliyyə toplamağa marağı yoxdur. Maliyyə Paşinyana Ermənistan üçün lazımdır.

Paşinyan ABŞ-da Azərbaycana qarşı təxribata hazırlaşır - Ekspertdən xəbərdarlıq


İkincisi, Paşinyanın Los-Ancelesdəki ermənilər qarşısında çıxışının əsas tezisləri üzərində düşünməyə dəyər. Paşinyanın bir illik hakimiyyəti göstərdi ki, onun söz ehtiyatı bol deyil, müxalifətdə ikən Serj Sərkisyanı yıxmaq üçün dağıdıcı şüarları diqqəti cəlb edirdi, ancaq o hakimiyyətə gəldikdən sonra böyük kütlə qarşısındakı çıxışlarında çətinlik çəkir, çünki verilən vədləri yerinə yetirmək lazımdır. Onun Xankəndidəki 2050-ci ilə (?!) hədəflənmiş çıxışı isə ermənilər arasında məzhəkəyə səbəb oldu. Mümkündür ki, Paşinyan Los-Ancelesdəki çıxışında Tehranda və Xankəndidə ermənilər qarşısındakı tezisləri təkrarlasın.

Üçüncüsü, Paşinyanın Los-Ancelesdəki çıxışı zamanı Tehrandakı təxribatın təkrarlanması ehtimalı var. Paşinyan Tehranda çıxış edərkən İran erməniləri “Qarabağ Ermənistanındır” şüarını qaldırmışdılar. Erməni ermənidir, istəyir, İrandakı olsun, istər Amerikada. Ona görə sentyabrın 22-ə Azərbaycan Xarici İşlər Nazirliyi və onun Los-Ancelesdəki konsulluğu da hazırlaşmalıdır. Qabaqlayıcı adımlar haqqında düşünməyə ehtiyac var, sonrakı bəyanatların onsuz da xeyri yoxdur, daşa dəyib qayıdır”./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar